Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

ABŞ-dan Ukraynaya yeni hərbi yardım gəlir -RƏSMİ AÇIQLAMA

2019/06/US-Uk-1561526830.jpg

          ABŞ Ukrayna üçün yeni hərbi yardım paketini açıqlayıb.

Yenixeber.org: Bu barədə Ağ Evin mətbuat katibi Karin Jen-Pyer məlumat yayıb.

İlkin məlumata görə, yeni hərbi yardım paketinə "Bradley" piyada döyüş maşınları və özüyeriyən artilleriya qurğuları daxildir. Həmçinin, Ukrayna Silahlı Qüvvələrinin uzunmüddətli hərbi potensialının gücləndirilməsi və modernləşdirilməsi üçün 225 milyon dollar nəzərdə tutulub.

Yardım çərçivəsində NATO-nun şərq cinahındakı Amerika müttəfiqlərinə silah alınması üçün 682 milyon dollar göndəriləcək. Hərbi yardımın ümumi məbləği 3 milyard dollar təşkil edəcək.

"Birləşmiş Ştatlar 3 milyard dollardan çox yeni hərbi yardım elan etməklə Ukraynanın özünü müdafiə qabiliyyətini təmin etmək üçün davamlı öhdəliyini nümayiş etdirəcək", - deyə o qeyd edib.

Sözçü bildirib ki, 2,8 milyard dollar vəsait birbaşa Pentaqonun ehtiyatlarından təmin ediləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam