Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Bu ölkədə 73 mətbuat nümayəndəsi həbs olunub -SƏBƏB

Send link by Whatsapp

İranda etiraz aksiyaları zamanı 73 mətbuat nümayəndəsi həbs olunub.

Yenixeber.org: Bu barədə “Amerikanın səsi” radiosunun fars dili redaksiyası məlumat yayıb.

Bildirilib ki, etiraz aksiyalarının 110-cu günüdür. Bu müddətdə 19 200 etirazçı tutulub. Onların 73-ü KİV nümayəndəsidir. Jurnalistlər birliyinin dərc etdiyi araşdırmaya əsasən, tutulanların 38-i müstəqil, 25-i isə ümumiran media, 10-u əyalət mediasının müxbiri, 10-u isə fotomüxbirdir.

Məlumata görə, tutulan jurnalistlər arasında hakimiyyətin İRNA, İSNA, İLNA, “Kar”, “Mehr” kimi xəbər agentliklərinin əməkdaşlarının da adları var. Ən çox isə islahatçılara yaxın sayılan “Şərq”, “Həft Sobh” və “Fərəz” kimi media orqanlarının jurnalistləri həbs edilib.

Məhsa Əmininin Tehrandakı Kəsri xəstəxanasına yerləşdirilməsindən sonra hadisə ilə bağlı xəbər verən ilk müxbirlərdən biri “Şərq” qəzetinin əməkdaşı Nilufər Həmidi və “Hamamixan” qəzetinin əməkdaşı İlahə Məhəmmədi Məhsanın dəfn mərasimini işıqlandırdıqları üçün “Qərblə əməkdaşlıqda” ittiham olunaraq tutulublar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam