Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Rusiya nüvə zərbəsi endirə bilər -Putin açıqladı

"Rusiya qabaqlayıcı nüvə zərbəsi  endirə bilər" -    Putin
               "Rusiya qabaqlayıcı nüvə zərbəsi endirə bilər".
Yenixeber.org: Bunu Rusiya prezidenti Vladimir Putin deyib. O, Qırğızıstan sammitindən sonra jurnalistlərə açıqlamasında bu məsələnin hərbi doktrinaya salınmasının mümkünlüyünü bildirib.
-Əgər biz silahsızlaşdırma zərbəsindən danışırıqsa, bəlkə elə amerikalı tərəfdaşlarımızın yanaşmalarından istifadə edək- deyən Putin, ABŞ-ın qabaqlayıcı zərbə məqsədilə yüksək dəqiqlikli raketlərdən istifadə strategiyasına eyham vurub.
Rusiya Prezidenti bir müddət əvvəl ölkəsinin nüvə silahından yalnız özünə qarşı nüvə zərbəsinə cavab vermək üçün istifadə edəcəyini demişdi.
O, oktyabrın 18-də Soçidə keçirilən beynəlxalq siyasi forumda bildirmişdi ki, Moskva “qabaqlayıcı nüvə zərbələri”ni istisna edir.
“Bizim strategiyamız qabaqlıyıcı zərbəni nəzərdə tutmur. Konsepsiyamız yalnız hücuma məruz qalan zaman zərbə endirməkdir. Rusiya ərazisinə hücumun gözlənildiyi, bunun bir neçə saniyəyə baş verəcəyindən əmin olunca cavab zərbəsi endirəcəyik”, – Putin demişdi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam