Redaktor seçimi
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Günün xəbəri

Ukrayna səfirliklərinə içində heyvanların gözləri olan qanlı bağlamalar göndərilir -İLGİNC

Açiq mənbələrdən foto.

Rusiya agentləri və ya qanlı Rusiya rejiminin tərəfdarları Ukraynanın beş Avropa ölkəsindəki səfirliklərinə içində heyvanların gözləri olan qanlı bağlamalar göndəriblər. Bu barədə dekabrın 2-də UNİAN agentliyi məlumat yayıb.

Yenixeber.org: Belə bağlamalar Macarıstan, Niderland, Polşa, Xorvatiya, İtaliyadakı səfirliklərə, eləcə də Neapol, Krakov və Brnodakı baş konsulluqlara daxil olub.

Bu xəbər “Azadlıq” radiosunun daha bir qeyri-adi xəbərilə üst-üstə düşüb.

Heyvanların müdafiəçiləri Həştərxan yaxınlığında gözləri oyulmuş, burunları, pəncələri və cinsiyyət orqanları kəsilmiş 60 it cəsədi tapıblar.

Yerli heyvan müdafiəçiləri müəyyən ediblər ki, itlər sahibsiz heyvanların saxlanıldığı yerli "Ekopriyut"dan atılıb. Bu iki hadisə arasında əlaqənin olub-olmadığını söyləmək çətindir.

Xatırladaq ki, noyabrın 30-da Ukrayna səfirliyinə içində partlayıcı maddələr olan zərflər göndərilib. Eyni partlayıcı maddələri Ukrayna üçün silah istehsal edən “Instalaza” şirkəti və Ukraynaya yardım edən dörd İspaniya təşkilatı da alıb.(Turan)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam