Böyük Britaniya Avropa İttifaqının analoji qərarından sonra İranın “Shahed” pilotsuz uçuş aparatlarının istehsalçısına – “Shahed Aviation Industries”ə, eləcə də İranın müdafiə qurumlarının bir sıra yüksək rütbəli rəsmilərinə qarşı sanksiyalar tətbiq edib.
Yenixeber.org: Bunu Britaniya hökumətinin saytında cümə axşamı yenilənmiş sanksiyalar siyahısında görmək olar.