Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Şuşa ilə Kayseri şəhərləri qardaşlaşıb-FOTO

2022/10/3f381-1665773069.jpg 
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa ilə Türkiyənin ən qədim şəhərlərindən birisi olan Kayseri arasında qardaşlaşmış şəhərlər haqqında protokol imzalanıb.
Yenixeber.org: Bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyi məlumat yayıb.
Qeyd olunub ki, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Kayseri şəhərinə səfəri çərçivəsində imza mərasimində iştirak edib.
Kayseri Böyükşəhər Bələdiyyəsində təşkil edilən və Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasovun başçılığı ilə Şuşa şəhərindən gəlmiş heyətin iştirak etdiyi imza mərasimində səfir Rəşad Məmmədov çıxış edərək bu günün tarixi bir gün olduğunu vurğulayaraq, Şuşanın Kayseri ilə əlaqələrinin qurulmasının xüsusi önəmini diqqətə çatdırıb.
Səfir Kayseriyə səfəri çərçivəsində şəhər valisi Gökmən Çiçək və Böyük şəhər Bələdiyyəsinin sədri Məmduh Böyükkılıç ilə də görüşlər keçirib və iki qardaş ölkənin bölgələri arasında birbaşa əlaqələrin qurulması üçün mövcud imkanlara dair fikir mübadiləsi aparıb.
Şəhər valisi Gökmən Çiçəklə keçirilmiş görüşdə Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş Kayseri Erciyes Universitetinin məzunu Murad Məmmədovun adının Kayseridə əbədiləşdirilməsi barədə müzakirələr də aparılıb. Həmçinin Vətən müharibəsi şəhidinin adının Kayseri məktəbində əbədiləşdirilməsi barədə razılıq əldə olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam