Redaktor seçimi
Günün xəbəri

İrana qarşı sanksiyalar siyahısı genişlənir

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

            ABŞ administrasiyası İrana qarşı sanksiyalar siyahısını genişləndirib.

Yenixeber.org: Bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Siyahıya iki nazir də daxil olmaqla daha 7 məmurun adı daxil edilib.

ABŞ Maliyyə Nazirliyi bəyan edib ki, ilk növbədə İranın daxili işlər və informasiya-kommunikasiya texnologiyaları nazirləri - Əhməd Vahidi və İsa Zarepurun adları "qara siyahı"ya salınıb.

Məhdudiyyətlər "İranda internetə çıxışı bloklayan və dinc nümayişçilərə qarşı zorakılıq tətbiq edən" şəxslərə şamil edilir.(TASS)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam