Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Görəsən, dünən doğulan robot balası da siyahıya alındı?” - Sayılmayanlar

“Görəsən, dünən doğulan robot balası da siyahıya alındı?”


Prezident İlham Əliyev 2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında fərman imzaladı.

Yenixeber.org: Fərmanla əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması Dövlət Statistika Komitəsinə, proseslə bağlı tədbirlər planını iki ay müddətində təsdiq etmək isə Nazirlər Kabinetinə həvalə edildi.

Nazirlər Kabinetinin 16 dekabr 2016-cı il tarixli, 517 nömrəli Qərarı ilə isə xüsusi komissiya yaradıldı, əhalinin siyahıyaalınmasına hazırlıq işləri, onların icra müddətləri müəyyən edildi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verildi.

Bu işlər çərçivəsində 43 min insanın cəlb olunduğu siyahıyalma prosesində bir sıra yeniliklərin edildiyi bildirildi. Əhalinin sayına uyğun çap edilmiş 28 bənddən ibarət sorğu vərəqələrində 46 sual üzrə 280-ə yaxın göstərici yer alırdı. Qeyd olunurdu ki, sorğu vərəqəsinə ilk dəfə olaraq, ölkədə sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası ilə bağlı dövlət siyasətinin inkişafına təkan vermək məqsədilə, əlilliyə dair suallar da əlavə edilib. O cümlədən sorğu anketinə işçi qüvvəsinin tərkibi və əhalinin məşğulluğuna dair bir sıra suallar daxil edilib ki, inzibati ərazi vahidləri üzrə əmək ehtiyatlarının istifadəsini və əmək bazarında mövcud vəziyyəti daha dolğun təhlil etmək mümkün olsun. O da bildirilirdi ki, faktiki məskunlaşması barədə də mühüm məlumatlar əldə etmək üçün budəfəki siyahıyaalma, müvəqqəti yaşayış yeri də daxil olmaqla, bütün yaşayış yerlərini əhatə edəcək.

Müstəqil Azərbaycanın tarixində sayca üçüncü olan bu siyahıyaalma prosesi başalamazdan əvvəl bir məsələ də vurğulandı ki, bəs, əhalinin bu sorğulara tam və dolğun cavab verməsi mühüm əhəmiyyət kəsb edir.

Əlqərəz, Prezidentin Fərmanına uyğun olaraq oktyabr ayının 1-dən başlayaraq siyahıyalma prosesinə start verildi və dünən, yəni 10 oktyabrda proses yekunlaşdı. Yəqin ki, qısa müddət ərzində Dövlət Statistika Komitəsi nəticələri də elan edəcək. Maraqlıdır, siyahıyalma prosesində digər məsələlər də ölkə başçısının fərman və sərəncamlarına, tapşırıqlarına uyğun həyata keçirildi, yoxsa bir tək tarix məsələsinə dəqiqliklə əməl olundu? Həmçinin, əhalinin bu sorğulara tam və dolğun cavab verməsi təmin olundumu?

Suallarımıza aydınlıq gətirmək məqsədilə sosial şəbəkələrdə sorğu keçirmək qərarına gəldik. Sosial şəbəkə istifadəçilərinə, “Kimlər siyahıya alındı, kimləri yada salan olmadı? Ümumiyyətlə siyahıyaalma prosesindən razı qaldınızmı?” sualını ünvanladıq. Aldığımız əhatəli cavabları təqdim edirik:

Elyar İslam Adəm: “Bizi siyahıya alan olmadı. Sayılmadıq. Ümumi say neçə olsa, üstünə 4 gələrsiniz”.

Elnurə Abuşova: “Mən sosial şəbəkədə siyahıya alınmadığım barədə paşlaşım etdim, sağ olsunlar, dərhal reaksiya verdilər, axşam işdən sonra dedikləri vaxt gəlib siyahıya aldılar”.

İlqar Atabəyli: “Bizim Xırdalanda heç icra başçısını siyahıya almadılar, nəinki sadə vətəndaşları. Alo, hardadı o siyahıya alanlar?”.

Vüsal Qarayev: “Öz şəxsi ünvanı olmayanları, kirayədə qalanları siyahıya almırlar, naçalnik”.

Züleyxa Nadir: “Mənə zəng vurub ünvanı dəqiqləşdirmək istədiklərini söylədilər. O ünvanda yaşamadığımı bildirdim. Vəssalam...odboy...dud-dud-dud”.

Həbibə Abdulla: “Sənədsiz evdə yaşayanları siyahıya almırlar. Nə bizi, nə qonşularımızı, nə də tanışlardan kimisə siyahıya aldıqlarının şahidi olmadım. Amma axırda nə qədər olsa, üstünə də bizim ailədəki 5 nəfəri gəlsinlər”.

Leyla Abdullayeva: “Bizə gəldilər. Kirayədə qalırıq, burda qeydiyyatdayıq dedim, yenə siyahıya aldılar. İlk dəfə olaraq qızım Dənizi siyahıya aldılar. Bu gözəl hiss idi”.

Sevil Gültən: “Bu vaxtacan heç vaxt bizim ailəni həm məcazi, mən həqiqi mənada sayan olmamışdı. Bu dəfə saydılar. Mən də siyahiya alanlarla söhbət etdim. Cavan müəlimə idi, ərini özünə kömkçi götürmüşdü. Hələ nə qədər zəhmət haqqı alacağını bilmirdi. Qonşularımızı soruşdu, dedim, tanımasam da, o mənzillərdə yaşayış var. Nədənsə qonşu qapını döymədilər. Belə başa düşdüm ki, çox adam siyahıdan kənar qalıb. Normal halda hər binanı bir nəfərə tapşırmalıydılar. Həmin adam da o binadakı bütün mənzilərdə yaşayanları siyahıya almalıydı. Onlar qapını döyəndə evdə olmayıblarsa, başqa vaxt gəlməliydilər. P.S. Hansı peşə sahibi olduğumu soruşdular. Tərcüməçi olduğumu dedim. Amma tərcüməçinin hansı sahəyə aid olduğunu müəyyən etməkdə çətinlik çəkdilər. Çünki orda "elm, təhsil, incəsənət" sahəsi vardı. O bölgüyə uyğun gəlmədi. Tərcümə "incəsənət" də deyil. Nəticədə mənim sənətimi "digərləri” bölgüsünə aid etdilər”.

Elmar Hüseynov: “Bizə Naxçıvandan zəng edib, bütün məlumatları aldılar. Burda heç soruşmadılar ki, bala siz kimsiniz, burda nə axtarırsınız?

Zivər Hüseynli Baylan: “Əhalinin çoxu qeydiyyatda olduğu yerdə yaşamır, buna görə də çoxu qeydiyyata alınmır. Heç bizə də gələn olmadı”.

Afaq Vasifqızı: “Bizə nə gəldilər, nə zəng elədilər. Siyahıya düşmədik”.

Şəkər Yusifli: “Bizə gəlməyiblər. Yüzlərlə adam havayı pul alır. Təsəvvür edirsiz? Kimi dindirirsən, deyir, bizi siyahıya almayıblar...”.

Rəsmiyyə Qarayeva: “Məni saymayıblar, vallah ciddi deyirəm. Binamızın ikinci mərtəbəsinə gəliblərmiş, 12-yə çıxmaq əziyyət olub”.

Bilal Alarlı: “Haçan başladılar, haçan bitirdilər? Formallıq bütün sahələri ağuşuna alıb, kağız üzərində iş prinsipi davam etməkdıdir. Eşq olsun!”

Ağasəlim Pünhanoğlu: “Sistem elektronlaşmalıdır, düşünürəm. İndi qapı-qapı kağız gəzdirmək dövrü deyil. Açıq-aydın görünür ki, bu sistem özündə həmin kağızı daşıyanların maraqsız olmasını əks etdirir, ən azı avropa və Amerika təcrübəsinə baş vurmaq olar”.

Afaq Fərzəlibəyova: “Elə bil mən bu ölkənin vətəndaşı deyiləm, ümumiyyətlə söhbətə fransız qaldım”.

Zeynəb Kazımova: “Bizə gələn olmadı. Ailədə 3 nəfərik. Yəqin ki, siyahıdan kənarda qaldıq”.

Şahpəri Abbasova: “Bizi siyahıya almadılar. Bəlkə də bir neçə dəfə gəliblər, evdə olmamışıq. İndi hansı dövrdü? Texnikanın inkişaf etdiyi bir dönəmdə əlində kağızlarla kəndləri, şəhərləri gəzmək gülüncdür”.

Əntiqə Rəşid: “Maraqlıdı, iş ücün kəndini, evini tərk edib, işləməyə, cörək qazanmağa gəlmiş rayon əhalisi necə siyahıya alınıb? Burda müxtəlif barak və mənzillərdə kirayədə qalırlar, təbii ki, şəxsiyyət vəsiqələri də özlərindədi. Onları da tapıb siyahıya aldılarmı? Son bir il müddətində xaricə işləməyə gedənlər haqqında necə, dürüst siyahıya alınma getdimi? Köçkünlər rayon icra hakimiyyətlərinin nümayəndəliyi tərəfindənmi siyahıya alındı, yoxsa pərakəndə halda? Ümumiyyətlə bu suallarla cıxış edib acıqlama verən bir nəfər olacaqmı?”.

Tamilla Qulami: “Bakıda da kirayədə yaşayanlar var ki, onların qaldıqları evlərə gəliblər, ev sahibləri ilə görüşə bilməyən səlahiyyətlilərlə müəyyən olunmuş qaydada əlaqə saxlamaq üçün kağız veriblər. Amma həmin o səlahiyyətlilər o kirayədə qalanları da SAYILMAQLARI üçün hansı addımlar atmaqları gərəkdiyi ilə bağlı maarifləndirməyiblər”.

Sorğumuzda iştirak edənlərdən cəmi 6 nəfəri siyahıya alındığını bildirdi, 24 nəfər isə bu prosesdən kənarda qaldığını yazdı. (ayna.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam