Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

İranda etirazlar şiddətlənir: Ölənlər var -VİDEO

İranın Kürdüstan vilayətinin rəhbəri İsmayıl Zareyquşa əyalətlərdə keçirilən nümayişlərdə 3 nəfərin öldüyünü açıqlayıb.
Yenixeber.org: Fars Xəbər Agentliyi xəbər verir ki, Zareiquşa 2 nəfərin silahla öldürüldüyünü, bir nəfərin ölüm səbəbinin araşdırıldığını bildirib.

Müxalifət mediasında əks olunan xəbərlərdə isə etirazlar zamanı 5 nəfərin öldüyü, 10 nəfərin yaralandığı iddia edilib.
Qeyd olunur ki, Əmininin “əxlaq polisi” tərəfindən həbs olunmasından sonra ölümü ilə başlayan etirazlar  artıq əksər əyalətlərə yayılıb və hər gün böyüyür.
Etirazların Kürdüstan, Qərbi Azərbaycan, Kirmanşah, Elburz, Tehran, Gilan, Rəzəvi Xorasan, Yəzd, Xürrəmabad, Sənəndəc, Urmiya, Məşhəd, Kirman, Mahabad, Divandərə və Bükan vilayətlərində davam etdiyi qeyd olunur.
Paytaxt Tehranda isə Vəliəsr küçəsi, Vəliəsr meydanı, Danışcu parkı, Lalə parkı, Keşavərz bulvarı, Hicab küçəsi, Fatimi küçəsi və İnqilab küçəsi kimi insanların sıx olduğu yerlərdə keçirilən etirazlara xeyli sayda iranlı qatılıb.
Yüzlərlə insanın iştirak etdiyi nümayişlərə polis gözyaşardıcı qazla müdaxilə edib, nümayişçilər zibil qablarını yandıraraq yollara barrikadalar qurmağa çalışıblar.
Bəzi nümayişçilər təhlükəsizlik qüvvələrinin müdaxilə zamanı plastik və ya oxşar güllələrdən istifadə etdiyini iddia ediblər.
Tehran rəhbərliyinə qarşı “Diktatora ölüm”, “Bacımı öldürəni öldürəcəm” kimi şüarlar səsləndirən nümayişçilər küçələri tərk etməyəcəklərini bildiriblər.
Qeyd edək ki, İranda hicabını düzgün geyinmədiyi üçün polis tərəfindən saxlanıldıqdan sonra dünyasını dəyişən 22 yaşlı Məhsə Əmininin dəfnindən sonra ölkənin qərbində etiraz aksiyaları başlayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam