Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Naxçıvanın daha bir polisi ”xan” dərəbəyliyinin qurbanı oldu

Xəbər verdiyimiz kimi, Naxçıvan şəhər 1 nömrəli Polis Bölməsinin sahə inspektoru polis baş leytenantı İbrahim Abdullayevlə Kəngərli rayon polis şöbəsinin sahə inspektoru polis baş leytenantı Tuncay Əliyev ötən ayın 28-dən işə gəlməkdən imtina etmişdilər.

Yenixeber.org: Məlumata görə, polislər ”tətil elan” etmələrinin səbəbi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsindən doğan hüquqları ilə əsaslandırmışdılar.  

Həmin maddəyə əsasən, hər bir Azərbaycan vətəndaşının istədiyi zaman könüllü şəkildə işdən ayrılmaq hüququ var. Bunun üçün işçilər bir ay əvvəldən işlədikləri müəssisənin rəhbərinə ərizə yazmalı və qararlarını ona çatdırmalıdırlar. İşçinin bu ərizəsindən sonra müdirin onu işdən çıxarmamaq hüququ yoxdur. 

”Maddə 69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdirBu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur”, - Maddədə bildirilir.

Naxçıvan polisləri də Azərbaycanda yaşadıqlarını və Azərbaycan Respublikasının qanunlarının onlara da şamil olunduğunu, istefa ərizəsi yazandan 1 ay sonra işlə əlaqələrinin kəsildiyini düşünərək, işə gəlməyiblər. Amma unutduqları bir nüans vardı: onların yaşadıqları diyarın adı Naxçıvan MR-dir və bu məmləkətdə Azərbaycan Respublikasının Qanunları yox, Vasif Talıbovun dərəbəylik qaydaları keçir. Polislərin bu unutqanlıqları onlara baha başa gəlib. Daha doğrusu, hələlik birinə.

Naxçıvan MR DİN-dəki mənbələrdən əldə etdiyimiz məlumata görə, polis baş leytenantı İbrahim Abdullayev qanunvericiliyə əsasən işdə çıxmamaq hüququndan yararlanmasın baxmayaraq bu 10 gündə 2 dəfə bölməyə çağırılıb. İlk çağırışda ona öz hüququndan yararlandığına görə töhmət, ikinci çağırışda isə şiddətli töhmət verilib. Polis zabitinin yenə ”ağıllanmadığını” görən Vasif Talıbovun ”darğaları” üçüncü dəfə onu xüsusi maddə ilə işdən çıxarıblar. Halbuki İbrahim Abdullayev qanunən həmin bölmənin işçisi sayılmırdı.

Mənbəmizin bildirdiyinə görə, İbrahim Abdullayevin şəxsi işinə yazılan maddə ilə işdən çıxarılmış şəxs həyatının sonuna qədər bir daha polis və digər dövlət orqanlarında işləyə bilməz. Digər polis əməkdaşı Tuncay Əliyevi də eyni tale gözləyir.

Vasif Talıbovun dərəbəylik repressiyasına məruz qalan İbrahim Abdullayev də, yaxınlarda onun tale ortağı olmağa hazırlaşan Tuncay Əliyev də Azərbaycan Polis Akademiyasının məzunlarıdır. Naxçıvanda bu ali məktəbi bitirənlərə Azərbaycanın, dolayısıyla Prezident İlham Əliyevlə I Vitse-Prezident Mehriban xanım Əliyevanın agentləri kimi baxır və onlar öz iş yerlərində sıxışdırılırlar. İşdən çıxmaq istəyənlərin isə ərizəsinə belə baxılmır. 

Qəribədir ki, Azərbaycan rəhbərliyi də Vasif Talıbovun bu özbaşınalığına yox demir. Lap şair Heydər Oğuzun (təvazökarlıqdan uzaq kimi çıxmasın) dediyi kimi,

”Şah məni eldən sanır,

El məni məni şahdan sanır,

Xan məni öz mülkünə 

Göz dikən şeytan sanır.

 

Qalmışam ortalıqda

Yox sahibim, yox yiyəm,

Heç kimin görmədiyi 

Naxçıvan köçkünüyəm”.

(ovqat.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam