Redaktor seçimi
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Günün xəbəri

Bu səfirlər geri çağırıldı - SİYAHI

                               Azərbaycanın bəzi ölkələrdəki səfirləri geri çağırılıb.

Yenixeber.org: Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycanın Argentina və eyni zamanda Paraqvay, Boliviya, Çili, Uruqvay Şərq Respublikasında səfiri vəzifəsindən geri çağırılıb. 

Bundan əlavə, Rəmzi Kazım oğlu Teymurovun Azərbaycanın Koreya Respublikasında və eyni zamanda Monqolustanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılmasına qərar verilib. Dövlət başçısının digər sərəncamı ilə R.Teymurov Azərbaycanın Argentinadakı səfiri təyin olunub.

Növbəti sərəncamla Ramin Müzəffər oğlu Həsənov Azərbaycanın Almaniya Federativ Respublikasında səfiri vəzifəsindən geri çağırılıb. Daha sonra o, Azərbaycanın Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyinat alıb.

Prezident, həmçinin Elxan Polux oğlu Poluxovun Azərbaycanın Braziliya Federativ Respublikasında və eyni zamanda Ekvador, Qayana Kooperativ Respublikasında, Surinam, Trinidad və Tobaqo Respublikalarında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqda sərəncam verib.

Elxan Poluxov, həmçinin Azərbaycan Respublikasının Karib Hövzəsi Ölkələri Birliyi yanında səlahiyyətli nümayəndəsi vəzifəsindən də geri çağırılıb.

Bundan başqa, dövlət başçısı Rəşad İntiqam oğlu Novruzu Azərbaycanın Braziliya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edib.

Nəsimi Məhəmmədəli oğlu Ağayev Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən, Elxan Cahangir oğlu Qəhrəman Azərbaycanın Küveyt Dövlətində səfiri vəzifəsindən,Yaşar Teymur oğlu Əliyev isə Azərbaycanın Kuba Respublikasında səfiri vəzifəsindən geri çağırılıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam