Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

Ermənistan və İran rəsmiləri “Zəngəzur dəhlizi”ni müzakirə edib-FOTO

İyulun 7-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani ilə görüşüb.

Yenixeber.org: Ermənistan KİV-ləri xəbər verir ki, Təhlükəsizlik Şurasının məlumatına görə, tərəflər iki ölkə arasında çoxsahəli əməkdaşlığın sabit inkişaf tendensiyasını vurğulayıb və bu kontekstdə ikitərəfli iqtisadi əməkdaşlığın vacibliyini qeyd ediblər.
Ermənistan-İran iqtisadi əlaqələri və konkret olaraq Sünik şəhərinin inkişafı kontekstində İranın Çabahar limanının əhəmiyyəti xüsusi vurğulanıb. Hər iki tərəf Mehri azad iqtisadi zonası və Şimal-Cənub yol dəhlizi çərçivəsində əməkdaşlığı davam etdirməyə hazır olduğunu yüksək qiymətləndirib. Armen Qriqoryan Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesini təqdim edərək, bu prosesdə “dəhliz məntiqi” ilə heç bir məsələnin müzakirə olunmadığını vurğulayıb.
Əli Şamxani qeyd edib ki, qeyd olunanlar kontekstində dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinə əməl edilməlidir. A.Qriqoryan Ermənistanın regional təhlükəsizliyin təmin edilməsi və blokadanın açılması ilə bağlı yanaşmalarını da təqdim edib və bu yanaşma çərçivəsində İran Təhlükəsizlik Şurasının katibi Tehranın Cənubi Qafqazda təhlükəsizliyin qorunmasına töhfə verməyə hazır olduğunu vurğulayıb. Tərəflər dialoqu davam etdirmək üçün Ermənistan-İran sərhədində görüşmək barədə razılığa gəliblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam