Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

İRANA SANKSİYALAR ƏFQANISTANI DA ÇƏTİNƏ SALACAQ –Strateji əhəmiyyətli Çabahar limanı təhlükədə - TƏHLİL

İqor Subbotin

“Nezavisimaya qazeta”, Rusiya, 29 oktyabr 2018-ci il

 

Amerikanın Cənubi Asiya strategiyasının uğurla həyata keçirilməsində mühüm rol oynaya biləcək İranın yeganə okean limanı tezliklə ABŞ-ın bu ölkəyə qarşı tətbiq edəcəyi ekstrateritorial sanksiyaların(“ekstrateritorial yurisdiksiya” dedikdə, gəmi sahibləri və gəmidə olanlar üçün yerinə yetirilməsi məcburi olan qaydaların müəyyən olunması, onların üzdükləri və olduqları konkret rayonda gəmiçiliyin təşkili üzrə müəyyən edilmiş normativlərə əməl etməsinə nəzarət edilməsi və çıxarılan məhkəmə qərarlarına tabe olması üçün ABŞ dövlətinin öz ərazi sularından kənarda hakimiyyət səlahiyyətlərindən istifadə etməsi nəzərdə tutulur – tərc.) təsiri altına düşəcək.

Yenixeber.org: Bu məsələyə diqqəti Wall Street Journal” (WSJ) cəlb edir. İş ondadır ki, cənubi İran şəhəri Çabaharda olan liman iqtisadi planda artıq ABŞ-ın neçə illərdir vəziyyəti sabitlədirməyə cəhd etdiyi Əfqanıstan İslam Respublikası (ƏİR) üçün faydalıdır.

Xarici dövlətlərə İran neftinin idxalını sıfıra endirməklə bağlı çağırış edilməsi və İran İslam Respublikasının şirkətlərilə biznes münasibətlərinin qadağan edilməsi ABŞ hakimiyyəti üçün əks effekt verə bilər.

Oman körfəzində olan Çabahar limanı sanksiyalar rejiminin altına düşür. “WSJ”-nin qeyd etdiyi kimi, məşhur siyasi xadim Məhəmməd Behiştinin adını daşıyan bu liman Cənubi və Mərkəzi Asiya ilə iqtisadi münasibətlərin möhkəmləndirilməsində Tehrana kömək edir. Bu, “qara qızıl”ın Körfəz sərhədlərindən kənara çatdırılması üçün mühüm ixrac məntəqəsidir. Nəşr bu limanı Tehranın strateji və hərbi aktivi adlandırır. Bunlardan əlavə, liman nəqliyyat kanallarını şaxələndirmək istəyən İran üçün həm də iqtisadi resursdur. Dənizə çıxışı kəsilən respublika yeni yollara və marşurutlara ehtiyac duyur.

Çabahar İranın yeganə okean limanıdır və Beynəlxalq “Şimal-Cənub” nəqliyyat dəhlizində yerləşir. Təsadüfi deyil ki, Çabahar limanının davamı olaraq görülən Şəhid Behişti limanının inkişafı və modernləşdirilməsində yüklərin rəqib Pakistandan yan keçməklə, Orta Asiya, Rusiya və Avropaya daşınmasında maraqlı olan Hindistan aktiv iştirak edir.

Hindistan, ABŞ-ın İranla “nüvə sazişi”ndən çıxmasından sonra Çabaharda aktivliyini hələ də davam etdirən azsaylı ölkələrdən biridir. 2018-ci ilin əvvəlində Hindistan və İran 9 razılaşmadan ibarət sənədlər paketi imzalayıb. Onlardan biri“India Ports Global Limited” hind şirkəti tərəfindən Çabahar limanının bir hissəsinin 18 ay müddətində icarəyə götürülməsini nəzərdə tuturdu. Razılaşmalar İran Prezidenti Həsən Ruhaninin Nyu-Dehliyə səfəri zamanı əldə edilib.

Ekspertlər hesab edirlər ki, anti-iran sanksiyalarının tətbiq edilməsilə amerikalıların özləri, Cənubi Asiya strategiyası baxımından, böyük itkilərə məruz qala bilərlər. Çünki ABŞ əfqan iqtisadiyyatının sabitləşməsi prosesində, – Vaşinqton məhz bunu ƏİR-dəki  missiyasının hədəfləri arasında göstərir, – Çabaharı mühüm element hesab edir.

Müasir Əfqanıstanın öyrənilməsi mərkəzinin direktoru Ömər Nessar “NQ”-yə bildirib: “Çabahar regionda Çin-Pakistan dəhlizinə rəqib olaraq qəbul edilir, lakin hazırda Əfqanıstan daha çox Pakistan tranzitindən asılıdır və bu asılılıqdan qurtulmağa çalışır, ona görə də Çabahara güvənir. Ancaq bu liman hələ ki, lazım olan gücdə işləmir. Yəqin ki, amerikalılar buna əhəmiyyət verməyəcəklər, ancaq bu, əfqanlar üçün mühümdür”.

Hərbi tranzitlə bağlı olaraq təhlilçi əlavə edir ki, Amerika tərəfi hazırda buna elə də – 2014-cü ilədək olduğu kimi ehtiyac duymur. Nessar deyir: ”Amerikalılar özlərini hava yolu ilə təchiz edə bilərlər”.

Hərbi ekspert Yuri Lyamin “NQ”-yə bildirib: “Çabahar limanından danışarkən, onun hazırda İranın özü üçün mühümlüyü ilə, digər ölkələr üçün mühümlüyünü və gələcək potensialını ayırmaq lazımdır. Əgər bu gündən danışırıqsa, Çabahar iri liman olsa da, o, İran iqtisadiyyatı üçün həlledici deyil. Məsələn, İranın ən böyük neft terminalı Fars Körfəzindəki Xark adasında yerləşir, ölkənin cənubunda başlıca ticarət limanı isə Hörmüz boğazında yerləşən, iki nəhəng liman kompleksinə sahib olan Bənədər-Abasdır. Lakin Çabahar “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişaf etdirilməsi kontekstində, xüsusən Orta Asiya ölkələrinin Hindistan və digər ölkələrlə ticarətinin inkişafı baxımından böyük inkişaf potensialına malikdir. Ona görə də Hindistan zamanında bu İran limanının inkişafına pul qoydu. Bu, ilk növbədə uzun müddət ərzində Pakistan limanları üzərindən aparılan ticarətə alternativ yol axtaran və son zamanlar aktiv olaraq öz yük tranzitini Pakistan yerinə İrana, o cümlədən Çabahar limanına yönləndirən Əfqanıstan üçün mühümdür”.

Ekspert əlavə edir: “Aydındır ki, ərazisi üzərindən belə tranzitin genişləndirilməsi İran üçün gəlirlərin artması deməkdir. Bundan başqa, Çabahar limanının inkişafı ölkənin ən kasıb vilayətlərindən birinin, İranın cənubi-şərqi əyaləti olan Sistan və Bəlucistanın bütövlükdə inkişafına şərait yaradır”.

Tərcümə Strateq.az-ındır


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam