Norveç kral ailəsində 600 il sonra yenidən hökmdar qadın olacaq.
Yenixeber.org: Ötən gün 18 yaşını böyük təmtəraqla qeyd edən şahzadə İnqrid Aleksandra zamanı gələndə taxta çıxacaq.
Xatırladaq ki, şahzadə İnqrid Aleksandra 2004-cü il 21 yanvarda anadan olub. Beləliklə, əslində şahzadənin 18 yaşı bu ilin yanvarında olub. Lakin pandemiya səbəbindən ad günü mərasimi 6 ay sonra keçirilib.
Ölkə üçün son dərəcə xüsusi olan mərasim gecəsində müxtəlif şənliklər keçirilib, kral ailəsindən olan önəmli şəxslər, seçilmiş qonaqlar iştirak edib. Mərasimdə həmçinin ənənəvi olaraq dünyanın dörd bir yanından gələn təbrik məktubları oxunub. Şahzadə Aleksandra bu məktubları göz yaşları içərisində təqdim edib.