Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Şahzadə Mariya Tereza koronavirusdan öldü

 

 

İspaniya kralı VI Filippin əmisi qızı, şahzadə Mariya Tereza koronavirusdan ölüb.

Yenixeber.org: Bu barədə “Radio Svoboda” xəbər verir.

Məlumata görə, şahzadənin 86 yaşı var idi və o, Avropanın monarxik nəsillərində COVID-19-dan vəfat edən ilk şəxs olub.

Mariya Terezanın ölümü barədə kiçik qardaşı şahzadə Sikst Henrix Burbon-Parma məlumat verib. Parma Burbonlar ailəsi İspaniya kral ailəsinin ən gənc qoludur.

Xatırladaq ki, kral ailələrinin daha iki nümayəndəsi də koronavirusa yoluxub. Bunlar Britaniya taxtının varisi, Böyük Britaniya kraliçası II Elizabetin böyük oğlu şahzadə Çarlz və Monakonun hakim şahzadəsi II Albertdir.

İspaniya koronavirus infeksiyasından ölənlərin sayına görə dünyada ikinci yerdədir. Ölkədə 5 mindən çox insan ölüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam