Redaktor seçimi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Günün xəbəri

Ukraynanın silahla təminatı sürətlənəcək-Ağ Ev vəd verdi

ABŞ hakimiyyəti Rusiyanın “döyüşlərdəki kiçik uğurları” fonunda Kiyevə hərbi yardımı davam etdirəcək. Ağ Ev yeni silahların Ukraynaya mümkün qədər tez gəlməsi üçün əlindən gələni edir.

Yenixeber.org: Bunları Ağ Evin mətbuat katibi Karin Jan-Pyer deyib.

O, qeyd edib ki, ABŞ hakimiyyəti Ukraynaya silahları yalnız öz ərazisini müdafiə etmək üçün verir.

"Rusiya Ukraynanın müəyyən ərazilərində az irəliləyiş və məhdud uğurlar qazanmaqda davam edir. Bu səbəbdən biz silah və texnikanı mümkün qədər tez çatdırmağa davam edirik. Ukraynalılar öz demokratiyaları üçün mübarizə aparırlar", - Jan-Pyer bildirib.

Ağ Ev rəsmisi vurğulayıb ki, Birləşmiş Ştatlar "ukraynalıların güclü mövqedə olması və özlərini müdafiə edə bilmələri üçün mümkün olan hər şeyi etmək niyyətindədir ki, danışıqlar aparmaq imkanı olsa, bunu güc mövqeyindən edə bilsinlər".(“RBC-Ukraina”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam