Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Pentaqon Ukraynaya əlavə dronlar, raket sistemləri və digər avadanlıqlar göndərir

 
Birləşmiş Ştatlar Ukraynaya təhlükəsizlik sahəsində daha 300 milyon dollar yardım göstərəcək. Bunu cümə günü  axşam saatlarında Pentaqonun nümayəndəsi bildirib

Yenixeber.org: ABŞ Müdafiə Nazirliyinin bəyanatında deyilir:"Bu qərar Amerikanın Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə sarsılmaz sadiqliyini, Rusiyanın təcavüzünü dəf etmək üçün qəhrəmanlıq səylərinin dəstəkləndiyini göstərir".

Pentaqonun mətbuat katibi Con Kirbi bildirib ki, hərbi yardımın növbəti partiyası aşağıdakılardan ibarətdir:

* lazerlə idarə olunan raket sistemləri;

* Switchblade taktiki pilotsuz uçuş aparatları;

* Puma pilotsuz uçuş aparatları;

* düşmənin pilotsuz uçuş aparatlarından mühafizə sistemləri;

* zirehli çoxməqsədli hər yerdə hərəkət edən vasitələri;

* kiçik və böyük çaplı qeyri-standart hərbi sursatlar;

* gecə görmə cihazları;

* təhlükəsiz rabitə sistemləri

 *qeyri-standart pulemyotlar;

* peyk çəkilişləri;

*dərmanlar, sahə avadanlığı və ehtiyat hissələri.

Bayden administrasiyası hakimiyyətə gəldikdən bəri Vaşinqton Ukraynaya təhlükəsizlik sahəsində 2,3 milyard dollardan çox, o cümlədən Rusiyanın hücumu anından təhlükəsizlik sahəsində 1,6 milyard dollardan çox yardımı edib.

"Birləşmiş Ştatlar Rusiyanın təcavüzü qarşısında Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün bütün vasitələrdən istifadə etməyə davam edəcək", -Pentaqon bildirib.

Bundan əlavə, yerli KİV-lər bildiriblər ki, ABŞ Rusiya tərəfdən mümkün kimyəvi hücumdan müdafiə vasitələrinin verilməsilə bağlı Ukraynanın istəyini təmin edib. Həmçinin KİV bildirib ki, ABŞ Ukraynanın mülki əhalisinə qaz maskaları, kimyəvi müdafiə kostyumları və digər materiallar vercək, bunlardan hərbçilər də istifadə edə bilər.(turan) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam