Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“ NATO Ukraynanı qabaqcıl HHM sistemləri ilə təmin edir” -"...yardımlar davam etdiriləcək”"

         NATO müttəfiqləri Ukraynanı qabaqcıl Hava Hücumundan Müdafiə sistemləri ilə təmin edir.

Yenixeber.org: Bunu NATO-nun Baş katibi Yens Stoltenberq keçirdiyi mətbuat konfransında Ukraynanın niyə qırıcı təyyarələrlə təmin edilməməsinə dair suala cavabında deyib.

O, alyansın Ukraynaya dəstəyinə dair detalları açıqlamaq istəmədiyini qeyd edib.

“NATO müttəfiqləri Ukraynanı qabaqcıl Hava Hücumundan Müdafiə sistemləri də daxil olmaqla müxtəlif növlərdə hərbi ləvazimatlarla təmin edir və bu ləvazimatlar ukraynalılara Rusiya təyyarələrini və raketlərini vurmağa yardım edir. Müttəfiqlər hava hücumundan müdafiə sistemləri də daxil olmaqla Ukraynaya dəstəyə davam edir. Mən hər cür tədarükün və dəstəyin harada və necə həyata keçirilməsinə dair detalları açıqlamaq istəmirəm. Çünki, düşünürəm ki, bu, dəstəyin davam etdirilməsini daha da çətinləşdirə bilər. NATO müttəfiqləri Ukraynanı qabaqcıl hava hücumundan müdafiə sistemləri ilə təmin etməyə davam edir”, - Stoltenberq qeyd edib.

Baş katib əlavə edib ki, NATO Ukraynaya silah və humanitar dəstəyini davam etdirəcək.

“Müttəfiqlər Ukraynanı antitank və hava hücumundan müdafiə sistemləri, dronlar, sursat və yanacaq da daxil olmaqla nəzərəçarpacaq miqdarda vacib ləvazimatlarla təmin edib. Təlimlər və bu ləvazimatlar Ukraynanın özünü müdafiə etməsinə yardım edir. Ukraynanın BMT Nizamnaməsində əks edilmiş fundamental özünümüdafiə haqqı var və NATO müttəfiqləri və tərəfdaşları bu hüquqların qorunması üçün Ukraynaya hərbi ləvazimat, maliyyə və humanitar yardımları davam etdirəcək”, - Stoltenberq bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam