Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

"Bu gün ölkənin bütün şərqi təhlükədədir"-"Moskva niyyətindən əl çəkməyib"

 

 “Rusiya Ukraynanın bütün ərazisini tam ələ keçirmək niyyətindən əl çəkməyib”.

Yenixeber.org: Bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

“Rusiyanın əsas məqsədi Ukraynanı bütövlükdə ələ keçirmək idi. Kreml bunu tez həyata keçirmək istəyirdi. Lakin Moskva qısamüddətli qələbəyə nail ola bilmədi. Buna baxmayaraq, niyyətindən əl çəkməyib", - o bildirib.

A.Malyar vurğulayıb ki, Rusiyanın planları dəyişib: “Onların kəşfiyyatı güclənib. İndi Rusiyanın qısamüddətli hədəfi Donetsk və Luqansk vilayətlərinin coğrafi sərhədləri ilə bağlıdır. Mariupol uğrunda ağır döyüşlər gedir... Bu gün Ukraynanın bütün şərqi təhlükədədir. Çünki növbəti məqsəd budur. İndi Rusiyanın hərbi qüvvələri şərqdə cəmləşib. Təbii ki, yeni hücum əməliyyatlarına hazırlıq gedir”.

Nazir müavini həmçinin bildirib ki, Rusiya öz əməllərinə başqa ölkələri də cəlb edir: “Ona görə də Belarus ərazisindən istifadə olunur. Bu gün Belarus qoşunları döyüş hazırlığı vəziyyətindədir. Onların işğal edə biləcəyinə dair də risklər var. Bundan başqa, Dnestryanıda da döyüşlərə hazırlıq əlamətləri görünür. Belarus Rusiyanın Ukraynaya qarşı aqressiv hərəkətlərində istifadə olunur. Əlimizdə olan məlumatlara görə, Belarus ordusunun əhval-ruhiyyəsi də rus hərbçilərinin ovqatı kimi aşağıdır".

A.Malyar deyib ki, Qara dənizdə raketdaşıyan gəmilərin hərəkəti müşahidə olunur. “Oradan raket atılması təhlükəsi hələ də qalır”.(UNIAN)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam