Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sergey Lavrov -Ukraynanın Krımın geri qaytarılması ilə bağlı şərtinə münasibət bildirib

Sergey Lavrov Ukraynanın Krımın geri qaytarılması ilə bağlı şərtinə münasibət bildirib

Rusiya xarici işlər naziri Sergey Lavrov rəsmi Kiyevin Krımın Ukraynaya qaytarılması ilə bağlı şərtinə münasibət bildirib.

Yenixeber.org: O, bu barədə “Əl-Cəzirə” telekanalına müsahibəsində danışıb.

“Bu, müzakirə mövzusu deyil. Krım Rusiyanın bir hissəsidir”, - nazir deyib.

Qeyd edək ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlar başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətləri separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edib.

Fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb.

Ukrayna rəhbərliyi Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılmasını, o cümlədən Krımın da geri qaytarılmasını tələb edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam