Türkiyədə gecə saatlarından başlayan və səhər saatlarında intensivliyini artıran qar səbəbindən Bosfor boğazı tranzit üçün bağlanıb.
Yenixeber.org: Görüntü məsafəsi 800 metrdən aşağı düşdüyü üçün hər iki istiqamətə hərəkət dayandırılıb.
Yerli vaxtla 07:20-dən (Bakı vaxtı ilə 08:20) sonra gəmilər boğazın giriş məntəqələrində lövbər salıblar.