Redaktor seçimi
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Günün xəbəri

Zahid Niftəliyevə milyonlarla kredit necə ayrılıb? -MƏHKƏMƏ

Müdafiə Nazirliyinin sabiq zabiti Zahid Niftəliyevin 42 milyon manatlıq mənimsəmədə ittiham olunması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Yenixeber.org: Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Solmaz Əliyeva ifadə verib. O bildirib ki, təqsirləndirilən Zahid Niftəliyevi bankda müştəriləri kimi görüblər. Onun sözlərinə görə, onun özü ATA Bankda müştəri xidmətində işləyib.

Solmaz Əliyevanın sözlərinə görə, 2004-cü ildən bankda baş mütəxəssis, daha sonra isə şöbə müdiri vəzifəsində xidmətdə olub:

"Mənim vəzifəm müştərilərdən gələn çekləri nəzarətdən keçirmək, kreditin ayrılması üçün çekləri imzalamaq olub. Zahid müəllim də kreditin ayrılması üçün bizə yaxınlaşıb. Biz də sənədləri yoxlamışıq. Çekdə pulun nə qədər olduğunu xatırlamıram. Amma böyük məbləğdə vəsait idi. Çeki əməliyyatçı Aysel Həsənzadə yazmışdı".

Daha sonra təqsirləndirilən şəxsin vəkilinin suallarını cavablandıran Solmaz Əliyeva bildirib ki, Zahid Niftəliyevi bankda 2-3 dəfə görüb: "Mən Zahid müəllimi çeki bizə təqdim edəndə görmüşəm. Qalan vaxtları isə bankda olan vaxt kənardan görmüşəm. Bizə sənədlər təqdim olandan sonra araşdırma aparmışıq. Yoxlama aparılıb, ondan sonra kredit ayrılıb".

Zahid Niftəliyev isə deyib ki, bankda cəmi bir dəfə olub: "Məni banka çağırdılar, müqavilələrə imza etməyimi dedilər. Ondan sonra bankda olmamışam. Mənə deyiblər ki, çeki, müqaviləni imzala, mən də həmin sənədləri imzalamışam".

Daha sonra şahid Solmaz Əliyevanın ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib. Həmin ifadədə şahid göstərib ki, "Şahin CO" şirkəti tərəfindən banka kredit ayırılması üçün müraciət olunub. Onun ifadəsinə görə, "Şahin CO" şirkəti Zahid Niftəliyevin adına olub. Şahid əlavə edib ki, 7 milyon 350 min dollar nağd çıxarılıb, 16 milyon 847 min dollar isə digər şirkətin hesabına köçürülüb: "Biz kreditin ayrılması üçün sənədləri yoxlamışıq. Sənədlərin qaydasında olması müəyyən olunandan sonra kredit açılıb".

Şahid əlavə edib ki, kredit ödənişi iki dəfə həyata keçirilib. Onun sözlərinə görə, birinci dəfə 625 min dollar, ikinci dəfə isə 683 min dollar ödəniş edilib.

Zahid Niftəliyev isə bildirib ki, onun tərəfindən banka heç bir ödəniş edilməyib.

Daha sonra şahid qismində ifadə verən Rüfət Daşdəmirov deyb ki, ATA Bankın bank olmayan kredit təşkilatında işləyib, təqsirləndirilən Zahid Niftəliyevi tanımayıb.

Şahid qeyd edib ki, kredit ayrılması üçün müraciət edən şirkətlərin hesabları, nizamnaməsi yoxlanılıb, bundan sonra kreditin ayrılması təmin olunub. Şahidin sözlərinə görə, əməliyyatçılardan onlara gələn sənədlərdə kreditin məbləği göstərilib, həmin məbləğlər üzrə araşdırma aparılıb.

Daha sonra şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub. Həmin ifadədə bildirilib ki, kreditin ayrılması üçün "Şahin CO" şirkəti yoxlanılıb: "Yoxlama zamanı məlum oldu ki, şirkətə kreditin ayrılması qaydalara cavab vermir. Çünki şirkət kredit üçün müraciət edən gün təsis edilmişdi. Amma bankın idarə heyətinin sədri Dəyanət Quliyev dedi ki, kredit komitəsində müzakirəyə çıxarın, qalan məsələ bizlikdir. Biz də müzakirə edərək sənədləri onlara göndərdik. Bankın filialında kredit komitəsində məruzə ilə çıxış etdi, sonradan kreditin verilməsi üçün qərar qəbul edildi".

Növbəti proses fevralın 5-də davam edəcək.

Qeyd edək ki, Zahid Niftəliyev iki il əvvəl rüşvətalma ittihamı ilə həbs edilib, Tərtər Hərbi Məhkəməsi ona şərti cəza verib.

Zahid Niftəliyev azadlığa buraxıldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsi tərəfindən həbs edilib.

İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi dövlət ittihamçısının Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edib. Qərara əsasən Zahid Niftəliyev vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib.

Hazırda DTX-də istintaqı yekunlaşdırılmış iş üzrə hərbçilər arasında “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev öz adına formal şirkət açaraq ATA Bank ASC-dən götürülmüş 42 milyon manat krediti ödəməməkdə təqsirləndirilir.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə ATA Bank ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub.

O, götürülmüş kreditin ləğv prosesində olan ATA Bank ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.

Qeyd edək ki, Zahid Niftəliyev Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıqovun yaxın adamı olub.(teleqraf.com)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam