Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

Ceyhun Bayramov: "Yaşıl enerji" dəhlizi layihəsinə qoşulmaq istəyən yeni ölkələr var

 

Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniyanın birgə həyata keçirdiyi "yaşıl enerji" dəhlizi layihəsinə qoşulmaq istəyən yeni ölkələr var.

Yenixeber.org xəbər verir ki, bunu Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.

XİN başçısı vurğulayıb ki, daha geniş coğrafiyanın geoiqtisadi və enerji coğrafiyasının dəyişməsində Azərbaycan və Gürcüstan böyük rol oynayıb:

“Bakı-Tbilisi-Qarsın yükdaşıma qabiliyyətinin 1 milyondan 5 milyon tona artırılması onun rəqabət qabiliyyətinin artırılmasında böyük əhəmiyyət daşıyır. Həmçinin hazırda icra səviyyəsində olan bir sıra layihələr də var. Onlar sırasında 2022-ci ildə icrasına başlanan və potensial qlobal layihə olan yeni yaşıl enerji dəhlizinin formalaşması böyük rol oynayır. Onun ilkin icraçıları sırasında Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniya yer alır. Ancaq qoşulmaq istəyən başqa ölkələr də var”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam