Redaktor seçimi
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Günün xəbəri

Masazırda at oynadan “üç muşkotyor” kimdir? -ADLAR

Abşeron rayonunun Masazır qəsəbəsində bir neçə ildir ki, sabiq bələdiyyə üzvləri Niyaz, Əsəd və Maşallah adlı “üç muşketyor” at oynadır. Vaxtiylə Masazır bələdiyyəsində tutduqları vəzifədən istifadə edərək on hektarlarla nəhəng torpaq sahələrini ələ keçirən bu şəxslər, bu gün də qanunsuz vəsaitlər hesabına böyük layihələr həyata keçirməkdədir.

Yenixeber.org: Niyaz adlı keçmiş bələdiyyə üzvünün Masazırdakı “Rahat Nəfəs” yaşayış kompleksinin yanında bir hektar, Əsədin isə qəsəbədəki Ulu öndərə məxsus plakatın yaxınlığında bir neçə hektar torpaq sahəsi mövcuddur.
Maşallah olsun ki, digər bələdiyyə üzvü Maşallah da dostlarından geri qalmır. Maşallah adlı bu şəxs Masazırda ələ keçirdiyi dövlət torpaqları hesabına sadəcə özünə deyil, bütün yaxın ətrafına “gün ağlayıb”, onları ev-eşik, mal-mülk sahibi edib.
Sabiq bələdiyyə sədri Siyanfər Əliyevin zamanında qəsəbədəki magistral yolların hər iki tərəfindəki torpaq sahələri də “üç muşketyor” tərəfindən qanunsuz olaraq ələ keçirilib. Bu gün yol kənarlarıdna fəaliyyət göstərən ictimai iaşə müəssisələrinin, dükan və kafelərin böyük əksəriyyəti məhz bu üç şəxsə məxsusdur.
Müftə puldan harınlayan bu şəxslərin yalnız özləri deyil, yaxın qohumları da qəsəbədə özlərini toxunulmaz şəxslər kimi aparamqdadır. İş o yerə çatıb ki, Niyazın yaxın qohumları ərazidə xidmət aparan dövlət qurumlarının nümayəndələri ilə mübahisələr edir, qanunun deyil, öz tələblərinin icrasına çalışırlar.
Ümid edirik ki, əlaqədar qurumlar özlərini qəsəbənin sahibi hesab edən “üç muşketyor”un əməllərini araşdıracaq və bu əməllərə hüquqi qiymət verəcək.
Gələn sayımızda bu şəxslərin qanunsuz əməlləri haqqında daha geniş məlumatlar təqdim edəcəyik.(bakunews.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam