Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

“Dəmir Yumruq-A” MMC-nin idxal etdiyi məhsulda virus aşkarlandı -FOTO


Ölkəmizə idxal olunan qida məhsullarına nəzarət tədbirləri zamanı pomidor məhsulunda virus aşkarlanıb.
Yenixeber.org:  Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumatda qeyd olunur.
Bildirilib ki, “Dəmir Yumruq-A” MMC-nin Türkmənistan Respublikasından idxal etdiyi 9 min kiloqram pomidor məhsulu partiyasından nümunələr götürülüb:
“Laborator müayinə nəticəsində həmin məhsul partiyasında “Pomidor meyvələrinin qonur qırışıqlıq virusu” aşkarlanıb. Agentliyinin əməkdaşları tərəfindən faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyası məhv edilib.
Qeyd edək ki, yoxlama zamanı aşkarlanan virus yalnız bitki örtüyünə ziyan vurmaqla iqtisadi zərərə səbəb ola bilər”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam