Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

AZƏRBAYCANDA İRİ PUL ƏSKİNASLARI NİYƏ ARTIRILIR? - “İri əskinaslar çirkli pulların yuyulmasına şərait yaradır”

Bir çox ölkələr öz iqtisadiyyatlarını yeni sistemlərə uyğunlaşdıraraq, təkmilləşdirməyə çalışırlar. Ona görə də son vaxtlar iqtisadiyyatın təməl strukturu hesab olunan kağız pulların gündəlik ticarətdə payı əhəmiyyətli dərəcədə azalıb. İnkşaf etmiş ölkələr artıq nağd hesablaşmaları məhdudlaşdıraraq, əsas etibarilə kartla ödəniş üsuluna keçiblər.

Yenixeber.org: Eyni zamanda elektron ticarətin də dünya iqtisadiyyatındakı payı böyük ölçüdə artıb. Statistikaya əsasən, 2019-cu ildə elektron ticarətdə 3,4 trilyon dollar, 2020-ci ildə 4,3 trilyon dollar, 2021-ci ildə isə 4,9 trilyon dollar həcmində xərcləmələr olub.

Dünya miqyasında nağdsız hesablaşmalara keçid edildiyi bir vaxtda Azərbaycanda ticarət dövriyyəsində nağd puldan istifadənin həcmi artmaqda davam edir.

Statistikaya əsasən,2021-ci ildə Azərbaycanda pul bazası 122,5 milyon manat artaraq, 14 milyard 621 milyon manata yüksəlib. Bu göstərici ötən ilin 10 ayı ilə müqayisədə 1 milyard 57 milyon manat çoxdur. Xatırladaq ki, 2020-ci ilin eyni dövründə bu rəqəm 13 milyard 564 milyon manat olub.

Qeyd edək ki, dünya ölkələri nağdsız ödənişlərə keçid etməklə yanaşı dövriyyədəki iri pul vahidlərindən də istifadəni məhdudlaşdırırlar. Bunun müxtəlif səbəbləri olsa da, əsas məqsəd insanların nağdsız hesablaşmalara marağını artıraraq, iqtisadiyyatda şəffaflığı təmin etməkdir.

Azərbaycanda isə bunun əksinə olaraq, həm nağd puldan istifadə artıb, həm də yaxın tarixdə dövriyyəyə 200 və 500 manatlıq iri əskinaslar buraxılıb. Mərkəzi Bank bu əskinasların istehsalının simvolik olduğunu bildirsə də, nəticə etibarilə hər iki əskinas tədavülə buraxılıb və hazırda istifadə olunur. 

 

Xatırladaq ki, 2018-ci ildən dövriyyəyə buraxılan 200 manatlıq əskinaslar Azərbaycan Demokratik Respublikasının yaranmasının “100 illik yubileyi” münasibətilə, 500 manatlıq əskinas isə 44 günlük Vətən müharibəsində qazanılan uğurun rəmzi kimi 2021-ci ildən dövriyyəyə buraxılıb.

Azərbaycan Mərkəzi Bankından isə bildirilir ki, böyük pul vahidlərinin dövriyyəyə buraxılması beynəlxalq təcrübəyə uyğun aparılır. Hazırda məhdud sayda olmaqla 1 milyon ədəd 500 manatlıq əskinas istehsal olunub və onların 22 faizi tədavülə buraxılıb. Dövriyyədə olan 200 manatlıq əskinaslar isə nağd pul kütləsinin 16 faizini təşkil edir. Bu əskinaslar dövriyyədə olan digər pullar kimi ölkə ərazisində nominal dəyəri olan qanuni ödəniş vasitəsi hesab olunur.

  

Xatırladaq ki, ötən ilin noyabrında hökumət pul dövriyyəsinə nəzarəti artırmaq məqsədilə nağdsız hesablaşmalarla bağlı yeni qanun layihəsi qəbul edib. Qanuna edilmiş dəyişikliyə əsasən, pərakəndə ticarətdə nağd hesablaşmalar üçün nəzərdə tutulan limit 4 min manat müəyyən edildi. Eyni zamanda tibbi xidmətlərin dəyəri 500 manatı keçərsə, mebel və məişət texnikalarının dəyəri 10 min manatdan artıq olarsa, bu məbləğlər nağdsız qaydada ödənilməlidir. Maraqlıdır ki, nağdsız hesablaşmalara limit tətbiq edilməsinə baxmayaraq, pul bazası artır və dövriyyədə 200, 500 manatlıq böyük əskinaslardan istifadə olunur.

Mövzuyla bağlı iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, Amerikada və Avropa ölkələrində yaşayan əhalinin həyat səviyyəsi, yaşam standartları, gəlirləri Azərbaycanla müqayisədə çox yüksəkdir: “Buna baxmayaraq, həmin ölkələr böyük əskinaslardan istifadədə Azərbaycan qədər maraqlı görünmürlər. Amerika indiyə qədər tədavülə 100 dollardan böyük əskinas buraxmayıb. Avropada bir müddət 500 avroluq əskinaslar istehsal olunsa da, daha sonra bu pullar dövriyyədən yığışdırıldı. Bu ölkələr nağdsız hesablaşmaların gələcəkdəki hakim mövqeyini nəzərə alaraq, iri əskinasları dövriyyədən çıxardılar. Rəqəmsal və nağdsız ödənişlərin artması da öz növbəsində iri əskinaslara təlabatı azaltdı. Nağd puldan böyük həcmdə istifadə iqtisadiyyatda qeyri-şəffaf mühitin formalaşmasına səbəb olur. Ona görə də bir çox ölkələr bu sahəyə nəzarəti artırmaq, işlərini asanlaşdırmaq üçün nağdsız hesablaşmalara üstünlük verirlər”.

 

 

Ekspert qeyd edir ki, Azərbacanın böyük məbləğli əskinaslar istehsal etməsinin rasional bir izahı yoxdur: “Belə əskinasların simvolik olaraq məhdud sayda istehsalı başadüşüləndir. Bu baxımdan hesab edirəm ki, əgər simvolik olaraq belə pul vahidləri hazırlanırsa bunun iqtisadi izahı olmaya bilər. Ancaq 200 və 500 manatlıq pulların dövriyyəyə buraxılaraq, sonradan da artırılmasının məntiqli bir izahı olmalıdır. Əksər ölkələr vergidən yayınmaların qarşısını almaq, çirkli pulların yuyulmasını məhdudlaşdırmaq üçün belə əskinasları dövriyyəyə buraxmırlar”.

 

 

İqitisadçı ekspert Eldəniz Əmirov isə bildirir ki, ölkənin ən iri pul əskinası minimum əmək haqqından yuxarı olmamalıdır: “500 manatlıq əskinasların devalvasiya və inflyasiyaya səbəb olacağını zənn etmirəm. Amma iri pul vahidləri kiçik əskinaslara psixoloji basqı yarada, eyni zamanda, həmin 500 manatdan az əməkhaqqı alan insanlara neqativ təsir edə bilər. Məsələn, adam bir ay işləyir amma onun əməyinin qarşılığı heç bir əskinasın dəyəri qədər olmur. Ona görə də iri əskinas sevdasından uzaqlaşmaq lazımdır. Bu əskinazların digər bir mənfi tərəfi isə odur ki, daha çox çirkli puların yuyulmasında və digər qeyri-qanuni əməllərin həyata keçirilməsində istifadə olunurlar. Bu, beynəlxalq təcrübədə də öz təsdiqini tapmış bir haldır”.(azpolitika)

Elvin Bəyməmmədli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam