Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Gömrük şefi hansı deputatları fırıldaqda ittiham edib?

                Ekspert şəbəkə biznesi ilə bağlı məlumatların necə əldə edildiyini açıqladı

Yenixeber.org: Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Haqqın.az-a verdiyi müsahibədə deputatların ünvanına sərt ittihamlar səsləndirib. O, iddia edib ki, bəzi millət vəkilləri şəbəkələr yaratmaqla xaricdən şəxsi istehlak adı ilə minlərlə bağlama gətirib, nəticədə bır sıra şirkətlərin müflis olaraq bazardan çıxmasına şərait yaradıblar:

“Milli Məclisin bəzi deputatları bu qanunsuz biznesdə iştirak edirdilər. Və qərar onların maraqlarına toxunurdu. Ölkəyə hər şeydən xəbərsiz vətəndaşın adına elektrik texnikası daxil olurdu, sonra mağazaların piştaxtalarından elə həmin vətəndaşlara kredit xətti ilə satılırdı. Həmin deputatların parlamentdəki emosional çıxışlarından sonra xeyli təəccübləndim və məyus  oldum. Əsl səbəbi anlaya bilmirdim.  Ancaq bir az araşdırandan sonra aydın oldu ki, həmin deputatlar ölkəyə vətəndaşların adına telefonlar, televizorlar, kompüterlər gətirir, sonra isə mağazalarda satdırırlar. Bu fırıldaqçılar nə edirdilər? Öz maraqlarını qoruyurdular”.

S. Mehdiyev qeyd edib ki, onların əlində işbazlar tərəfindən yaradılmış, 100-200, hətta 1000-2000 adamın cəlb olunduğu şəbəkələrin fəaliyyətinə dair danılmaz faktlar vardı: “Bu şəbəkələrə daxil olan vətəndaşlar hamısı eyni vaxtda bağlamalar alırdı. Və artıq sabahısı gün həmin mallar piştaxtalara ötürülürdü.  Həmin mallar şəxsi ehtiyaclar üçün deyildi”.

Komitə sədri deyib ki, əgər bu prosesi dayandırmasaydılar, həmin şəbəkələr qar topası kimi böyüyəcəkdi: “Söhbət qeyri-bərabər və ədalətsiz rəqabətdən gedirdi. Hansısa şirkət ölkəyə mal daşıyırdı, artıq sabahı gün logistika şirkətləri mütəşəkkil şəbəkənin köməyilə həmin malı gömrükdən keçmədən, rüsumsuz mal kimi gətirirdi. Biz bu qanunsuz fəaliyyəti dayandırdıq. Təsəvvür edin, məhz həmin şəbəkələrin köməyilə Azərbaycana 100 minə qədər mobil telefon daşınıb! Həmin şəbəkələr faktiki qaçaqmalçılıqla məşğul olaraq, leqal şirkətləri bazardan sıxışdırıb çıxarırdı”.

DGK sədri iddia edib ki, hər bir vətəndaş özü ilə 800 dollar gətirə və 300 dollar məbləğində poçt  alınmaları edə bilər. “Manat ekvivalentində bu, təqribən 2 min manatdır. Doğrudanmı vətəndaş hər ay 2 min manatlıq elektron alış-veriş edir? Əlbəttə, yox. Azərbaycanda minimal və orta əmək haqqını nəzərə alaraq, ədalətli hədd müəyyənləşdirilib”, – o vurğulayıb.

Xatırladaq ki, 2020-ci ilin avqustun 21-də Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları” dəyişdirilib.

Yeni qaydalara görə, fiziki şəxslər ayda ümumi məbləği 300 dolları keçməmək şərtilə ilə xaricdən mal sifariş edə bilərlər. Həmin tarixə qədər bu məbləğ 1000 dollar idi. O cümlədən, fiziki şəxs özü ilə ölkəyə yalnız 800 dollar ekvivalentinə bərabər rüsumsuz mal gətirə bilər ki, dəyişikliyə qədər bu məbləğ 1500 dollar təşkil edirdi.

Səfər Mehdiyevin bu fikirlərindən sonra parlamentdə hansı deputatların DGK-nin fəaliyyətini tənqid etdiyinə dair qısa araşdırma apardıq. Məlum oldu ki, deputatlardan Bəhruz Məhərrəmov, Müşfiq Cəfərov, Elman Nəsirli və Erkin Qədirli parlamentin iclaslarında Dövlət Gömrük Komitəsini sərt tənqid ediblər. 

Məsələn, Müşfiq Cəfərov tənqidlərini belə əsaslandırıb: 

“Qaimə-faktura ilə təqdim edilmiş 1000 dollara alınan məhsul barədə gömrük orqanları tərəfindən tələb qoyulur ki, bu məhsulun qiyməti bazarda 3000 dollardır. Nəticədə, rəsmiləşdirmə üçün 3000 dollar qeyd  olunur. Belə olan halda, təbii olaraq, qiymət artımı baş verir, sahibkarlar məhkəməyə müraciət edir. Burada ən əsas məqam isə baş verən valyuta axınıdır. Sahibkar razılaşdığı təqdirdə, 1000 dollara aldığı məhsulu qaimə-faktura ilə 3.000 dollar yazdırıb, ölkəyə gətirir. Nəticə etibarilə, 2000 dolları ölkədən çıxarır və valyutanın hansı məqsədlə istifadə edilməsi qeyri-müəyyən qalır. Bizim kifayət qədər yaxşı işlənib hazırlanmış Gömrük Məcəlləmiz var ki, bu proses də sözügedən Məcəlləyə əsasən, sövdələşmə üsulu ilə aparılmalıdır, amma birbaşa olaraq ehtiyat üsuluna keçid edilir”.

Deputat Erkin Qədirli isə Dövlət Gömrük Komitəsinin ayrıca bir qurum kimi ləğvinin vacib olduğunu deyib: “Gömrük önəmli funksiyadır, amma onu gerçəkləşdirən qurum ayrıca olmamalıdır. İndiki halında DGK “sui generis” (özünəməxsus) bir qurumdur, problemlərin çoxu da onun belə olmasından qaynaqlanır”.

YAP-çı deputat Elman Nəsirov təmsil etdiyi Cəlilabad rayonundan olan iş adamları və sahibkarların öz məhsullarını ölkə sərhədlərindən kənara çıxarmaqda böyük problemlərlə üzləşdiklərini deyib. Deputat Dövlət Gömrük Komitəsini bu məsələdə daha operativ və fəal olmağa səsləyib. 

Deputat Bəhruz Məhərrəmov isə poçt bağalamaları ilə göndərilən məhsulların limitinin 1000 dollardan 300 dollara endirilməsini kəskin tənqid edib: “Bu qərar əsassız məhrumiyyətlər yaratmaqla, dövlətin ali məqsədlərinə ziddir. Tam səmimi olaraq soruşmaq istəyirəm, bu qərarın qəbul olunmasında iştirak edən hansı məmur 300 dollara övladını başdan-ayağa geyindirir? Axı 300 dollar bir çox məmurun heç qalstukunun “zapinkası” da deyil. Ən nəhayət, mənim üçün ən vacib məqam, bilənlər bilir ki, təmsil etdiyim Biləsuvarda bütün rayonun taleyi gömrüklə bağlıdır, insanlar qiymət fərqinə görə ərzağından geyiminə qədər çox şeyi qonşu ölkədən alır. Tətbiq edilən limitlə, bu qadağalarla büdcəyə gələn gəlir, hər hansı biləsuvarlının ehtiyaclarını qarşılaya biləcəkmi? Özüm də tam məsuliyyətimlə cavab verim ki, xeyr, edə bilməyəcək. Ona görə də sizə zəhmət, bu insanları narazı salmayın, unutmayın ki, büdcə elə narazı saldığınız bu insanlar üçündür. Nəzərə alın, çox həssas dövrdür, insanların güzəşt gözlədiyi bir vaxtda həqiqətən bu radikal addımların nə zamanı, nə də yeri idi”.

Maraqlıdır, Səfər Mehdiyev deputatları nəyin əsasında şəbəkə biznesi qurmaqda və fırıldaqçılıqda ittiham edib? 

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz xatırladır ki, DGK son zamanlar “Smart Customs” və bir çox digər uğurlu rəqəmsal həllər hazırlayıb. Onun sözlərinə görə, bu rəqəmsal resurslarda son bir ildə 200-dən çox karqo (kuryer) şirkət, yüz minlərlə vətəndaşlarımız qeydiyyatdan keçib. Dövriyyə ildə 200 milyondan yuxarıdır. Ekspertin sözlərinə görə, vətəndaşlar bu daşıyıcı şirkətdən istifadə edərək, xaricdən aldığı malları “Smart Customs”da bəyan etməklə, daha asan və rahat formada əldə edirlər:

“Mallardakı bahalıq, Türkiyədəki ucuzluq bu prosesi xeyli kütləviləşdirib. Güman etmək olar ki, bu rəqəmsal resurslar vasitəsilə DGK-nın əlində böyük datalar formalaşıb. Onlar bu dataları təhlil etməklə, müqayisələr aparmaqla, bəyan olunan malları müxtəlif parametrlərlə araşdıraraq, malların konkret bir fiziki şəxsə, yoxsa minlərlə fiziki şəxsi birləşdirən bir şəbəkəyə məxsus olmasını müəyyən edə biliblər”.

Osman Gündüz vurğulayır ki, DGK sədrinin bu cür “limit şəbəkəsi” üzvlərinin sayı ilə bağlı konkret rəqəmlər deacməsi onu göstərir ki, görünür, gömrüyün İT komandası yaxşı işləyib:

“Düşünürəm ki, DGK sədrinin əlində ciddi datalar olmasa, bu cür açıq-aşkar ittiham etməzdi. Ümumiyyətə, müşahidələrimiz göstərir ki, son zamanlar bir çox dövlət qurumları həm qərarlar qəbul etmək üçün, həm də bəziləri kommersiya məqsədilə özlərində formalaşan datalardan effektiv istifadə edirlər”.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam