Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Hansı deputatlar Milli Məclisin iclaslarına gəlmirlər...

 

“2019-cu il ərzində deputatlarımız Milli Məclisin Daxili Nizamnaməsini  pozmayıblar. Davamiyyətə də normal qaydada əməl edilib”. 

Yenixeber.org:Məlumata görə, bunu Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abiyev deputatların iclaslara davamiyyətindən danışarkən deyib.
Komissiya sədri Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun Milli Məclisin iclaslarına qatılmaması barədə deyilənlərə də münasibət bildirib: 

“Vasif Talıbov Milli Məclisin iclaslarına qatılır. Ola bilər ki, bir ya da iki dəfə qatılmasın. Bəzən olur ki, mən də Olimpiya Komitəsinin yarışlarına gedirəm. Buna görə iclaslara qatıla bilmirəm. Bu halda heç bir problem yoxdur. Əgər deputatların çox hissəsi plenar iclaslara qatılmırsa, bu zaman həmin deputatların işi ilə bağlı İntizam Komissiyası toplanır. Çünki qaydaları pozan deputatlar dəvət olunur. Bu cür toplaşma ildə bir dəfə olur. Sonuncu dəfə 2018-ci ilin oktyabrında toplaşmışıq”.

Ağacan Abiyev deyir ki, Azərbaycan Milli Məclisinin deputatları digər ölkə parlamentarilərindən üstün cəhətlərə malikdirlər:
“Sizə bir söz deyim. Rusiyanın, Ukraynanın, Belarusun parlamentlərində olmuşam. Onu deyə bilərəm ki, ən intizamlı deputatlar Azərbaycan parlamentinin deputatlarıdır. Digər ölkələrin parlament üzvlərinə baxanda, bizim deputatlarımız hamısından birinci yerdədir. Hər mənada  deputatlarımız nümunəvidir. Bizim Milli Məclisdə olan nizam-intizam heç yerdə yoxdur”(Modern.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam