Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

MTX rəhbəri Paşinyanın keçirdiyi iclasa -Kolumbiya bayrağı ilə gəldi

MTX rəhbəri Paşinyanın keçirdiyi iclasa Kolumbiya bayrağı ilə gəldi
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan Təhlükəsizlik Şurasının bu gün keçirilən iclasında diqqət çəkib. Belə ki, MTX rəhbərinin köynəyinin qol hissəsində tərsinə tikilən bayraq yerli medianın nəzərindən qaçmayıb. MTX direktorunun qolunda Kolumbiya bayraqının əks olunması sosial şəbəkə və KİV-lərdə müzakirələrə səbəb olub.
Yenixeber.org: Bu məqam erməni mediası tərəfindən gündəmə gətirilib.

Qeyd olunub ki, Təhlükəsizlik Şurasının iclasına başlamazdan əvvəl iştirakçıların qeyri-erməni bayrağını görmədikləri, Abazyana heç olmasa onu gizlətməsini tövsiyə etmədikləri qəribədir, yaxud da Abazyan inadkarlıq gostərib.

Bütün bunlardan sonra heç olmasa baş nazirin rəsmi səhifəsində fotoşəkilləri yayımlamamaq və lağ mövzusuna çevrilməmək mümkün idi. Lakin görünür, baş nazirlik işçiləri də Abazyanın Kolumbiya bayrağı ilə iclasa gəlməsinin fərqinə varmayıblar.

Qeyd edək ki, bu gün Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam