Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Türkiyədə valyuta böhranı:Ərdoğan “payız imtahanından” keçəcəkmi?

Güldəm Atabay: “Türkiyə hökuməti təcili iqtisadi islahatlara başlamalıdır”

Xalid Kərimli: “Türkiyənin Mərkəzi Bankı müstəqilliyini itirib, daha çox siyasi sifarişlər icra edir”

Yenixeber.org: Türkiyə bazarları növbəti dəfə böyük valyuta böhranı ilə üzləşib. Baş verənlər ölkədə ciddi etirazla qarşılanıb, bəzi şəhərlərdə vətəndaşlar böhrana etiraz olaraq aksiyaları keçiriblər.

Ekspertlər iddia edirlər ki, son valyuta böhranı ilə 1994-cü il ildə qeydə alınan iqtisadi böhran arasında ciddi oxşarlıqlar var. 1993-cü ildə Turqut Özalın ölümündən sonra Süleyman Dəmirəl Prezident, Tansu Çillər Baş nazir seçildi. O zaman Çillərin uğursuz maliyyə siyasəti üzündən Türkiyədə bir gündə dollar 14 faiz bahalaşdı. Budəfəki artım isə öz miqyasına görə onu da geridə qoyub.

Türkiyəli iqtisadçı ekspert Güldəm Atabay deyib ki, Türkiyə hökuməti təcili iqtisadi islahatlara başlamalıdır: “Baş verənlər bir daha göstərdi ki, hökumət maliyyə siyasətinə yenidən baxmalıdır. Lakin görünən odur ki, Türkiyə iqtidarı buna getmyəcək. Ən azından bu niyyəti ortada yoxdur. Prezident Rəcəb Tayyib Ərdoğanın son açıqlamalarına nəzər salanda bunu aydın görmək olur. Normalda bazarların gözlədiyi ilk şey həm inflyasiyanın artması, həm də məzənnələrdə ciddi artımın dayandırılmasıdır, lakin bu, yalnız faiz dərəcələrinin artırılması ilə mümkündür. Bunun başqa yolu yoxdur”.

Onun sözlərinə görə, bunun baş verəcəyi az inandırıcıdır: “Hətta bundan sonra maliyyə siyasətində dəyişiklik olsa da, qısa müddət ərzində sabitliyi təmin etmək mümkün olmayacaq. Çünki faiz artırılsa belə, yenidən azalmayacağına heç bir təminat yoxdur. Çox təəssüf ki, hökumət etimadı itirib və baş verənlərin kökündə həm də bu amil dayanır. Türkiyənin bu problemi birdəfəlik həll etməsinin bir yolu var. Bu yol da iqtisadiyyatda şəffaflığı təmin etməkdən və vətəndaşların hökumətə olan inamını geri qaytarmaqdan keçir. AKP iqtidarı bundan nəticə çıxarmalıdır. Əks halda Türkiyə daha ciddi problemlər gözləyəcək”.

Atabay əlavə edib ki, iqtisadi müstəvidə baş verənlər siyasi həyata da təsirsiz ötüşmür: “Əgər bir ölkə qısa müddət ərzində ciddi iqtisadi böhranla üz-üzə qalırsa, ilk növbədə məsuliyyəti hökumət daşıyır. Hökumət isə inadkarlıq edir və oxşar kursun davamında israrlıdır. Belə bir vəziyyət isə siyasi həyata da təsir göstərəcək. Nəticə çox pis ola bilər. Son aksiyalar göstərdi ki, artıq ciddi etirazlar var. Erkən seçkilər, hətta hakimiyyət dəyişikliyi də mümkündür”.

Azərbaycanlı iqtisadçı ekspert Xalid Kərimli isə bildirib ki, Türkiyə böhranı dünya iqtisadiyyatında baş verənlərlə bilavasitə əlaqəlidir: “Hazırda dünyada qlobal infilyasiya müşahidə olunur. Bunun fonunda ABŞ dollarının qiyməti artır və digər valyutalara zərbə vurur. Digər səbəb Türkiyənin tədiyyə balansı ilə bağlıdır. Türkiyə ixrac ölkəsi olduğu kimi, həm də idxal ölkəsidir. Dünya bazarında baş verən bahalaşmalar bu ölkəyə də təsirsiz ötüşmür. İlin sonlarına doğru Türkiyə şirkətləri yüklənir və bu da öz təsirini göstərir. Turizmdən daxil olan gəlirlərin azalması da iqtisadi vəziyyəti gərginləşdirir”.

“Hazırda Türkiyə Mərkəzi Bankının müstəqilliyi də şübhə altına düşüb. Mərkəzi Bankın sədrinin tez-tez dəyişməsi, bu qurumun müstəqilliyini itirməsi, siyasi hakimiyyətin sifarişlərini icra etməsi bu qəbildəndir. Eyni zamanda bu qurum böhrana adekvat reaksiya vermir. Faiz dərəclərini artırmaq əvəzinə, bunun əksini edir. Təbii ki, nəticədə ajiotaj yaranır və əhali sürətlə yığımlarını dollara çevirməyə çalışır. Bu gün baş verənləri Çillər dövrü ilə müqayisə edirlər. Lakin həmin dövrlə indiki dövr arasında fərqlər mövcuddur. Bunu nəzərə almaq lazımdır”.

Müsahibimiz hesab edir ki, baş verənlər Türkiyəni iqtisadi cəhətdən zəiflətsə də, siyasi böhrana gətirib çıxarmayacaq: “Yəqin ki, Türkiyə hökuməti müəyyən qabaqlayıcı addımlar atacaq. Düzdür, inflyasiya fonunda əhalinin gəlirləri azalacaq. Lakin bunun siyasi dəyişiklərə gətirib çıxaracağını düşünmürəm”.(AYNA)

 Azər Niftiyev

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam