Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Müdafiə naziri bu səbəbdən vəzifəsindən uzaqlaşdırılıb- Erməni mediası yazır

Yenixeber.org: Ötən həftənin əvvəlində Ermənistanın müdafiə naziri Arşak Karapetyanın vəzifəsindən azad edilməsi ilə bağlı xəbər yayılıb. Həmin gün ölkə prezidentinin fərmanı ilə baş nazirin müavini, keçmiş tarix müəllimi, heç vaxt hərbi xidmətdə olmayan Suren Papikyan hərbi qurumun başçısı təyin edilib. Ermənistanın baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasında bildirib ki, Karapetyanın işdən çıxarılmasına səbəb Azərbaycanla sərhəddə baş verən hadisələrdir. Eyni zamanda, Ermənistan mətbuatı Karapetyanın istefasının müxtəlif səbəblərini üzə çıxarıb.
“Past” qəzeti hökumətdəki mənbələrə istinadən yazıb ki, əslində bunun bir neçə səbəbi var.
 Bu mövzunun “kulminasiya nöqtəsi” Paşinyana Karapetyanın Rusiya vətəndaşı olması barədə məlumatın ötürülməsi olub.
“Lazımsız səs-küydən qaçmaq üçün Paşinyan Karapetyanı istefa məktubu yazmağa çağırıb. Təəssüf ki, məlumatı dəqiqləşdirmək üçün Arşak Karapetyanla əlaqə saxlaya bilmədik. “Past” bu məlumatın nə dərəcədə doğru olduğunu aydınlaşdırmaq üçün Rusiya Federasiyasının müvafiq idarələrinə yazılı sorğu göndərməyi planlaşdırır”, - deyə qəzet vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam