Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Erməni general ölkə prezidentini və baş naziri məhkəməyə verdi

Ermənistan ordusunun baş qərargah rəisinin keçmiş birinci müavini, general Tiran Xaçatryan prezident Armen Sərkisyan və baş nazir Nikol Paşinyana qarşı məhkəmə iddiası qaldırıb.

Yenixeber.org: Erməni mediası xəbər verir ki, bununla bağlı rəsmi məlumat Ermənistanın “Dataleks” məhkəmə informasiya sisteminə belə yerləşdirilib.

Tiran Xaçatryan onun yerinə gələn general Arşak Karapetyanın silahlı qüvvələrin baş qərargah rəisinin birinci müavini vəzifəsinə təyin olunması haqqında aktın qanunsuz hesab olunmasını tələb edir. Qeyd etmək lazımdır ki, Arşak Karapetyan daha öncələr Nikol Paşinyanın müşaviri olub.
İddia ərizəsi artıq qeydə alınıb və prosesə hakim Qraç Ayvazyan tərəfindən baxılacaq.

Tiran Xaçatrayan həmçinin daha bir iddia ərizəsi verərək Ermənistan prezidentinin onun vəzifədən azad olunması haqqında 24.02.2021-ci il tarixli fərmanının da qüvvədən düşürülməsini tələb edib. Bunda başqa o, müdafiə naziri Vaqarşak Arutunyana qarşı da ayrıca iddia qaldırıb.(musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam