Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

İnvestisiya Holdinqi genişlənir, bəs, nəticə?-ŞƏRH

Dövlət qurumlarının AİH-in idarəçiliyinə verilməsi prosesində növbə maliyyə qurumlarına çatdı

Yenixeber.org: Prezident İlham Əliyev Azərbaycan Beynəlxalq Bankının (ABB), “Azər-Türk Bank”ın və Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsinə verilməsi haqqında sərəncam imzalayıb. Nəticədə hazırda bank sektorunda fəaliyyət göstərən 2 dövlət bankı holdinqin idarəetməsinə verilib.

Xatırladaq ki, AİH 2020-ci il avqustun 7-də yaradılıb. Prezidentin bununla bağlı imzaladığı fərmanda göstərilirdi ki, məqsəd dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığı və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılmasıdır.

Həmin fərmanın imzalanmasından 1 il 2 aya yaxın vaxt keçib, bu müddət ərzində Holdinqin idarəçiliyinə verilmiş dövlət şirkətlərində müşahidə şuraları yaradılıb və kadr dəyişiklikləri aparılıb. Başqa nəzərəçarpan dəyişiklik yoxdur və AİH-in dövlət qurumlarının idarəçiliyində hansı keyfiyyət dəyişikliyinə nail olacağı maraqla gözlənilir.

 

Son sərəncamla AİH-in idarəçiliyinə verilən Beynəlxalq Bank bank sektorunun 3 ən böyük qurumundan biridir və Azərbaycanda ümumi bank aktivlərinin 27 faizə yaxınını formalaşdırır. Mərkəzi Bankın hazırladığı “Bank icmalı”na” əsasən bu ilin birinci yarısında bankların ümumi aktivləri 33 milyard 69 milyon manat olub. Həmin dövrdə 28 milyard 220 milyon manatlıq öhdəliklər, 4 milyard 519 milyon manatlıq isə kapital qeydə alınıb. Bu ilin ilk yarısına olan göstəricilərə gəldikdə, Beynəlxalq Bankın aktivləri 8 milyard 856 milyon manata çatıb. Bankın öhdəlikləri 7 milyard 376 milyon manat, kapitalI isə 1 milyard 479 milyon manat olub.

ABB 2020-ci ili 8 milyard 962 milyon manat aktivlə başa vurmuşdu. Beləliklə, ötən ilin yekununda Beynəlxalq Bankın aktivləri əvvəlki illə müqayisədə 2,8% azalıb. 2020-ci ili 129 milyon 391 min manat xalis mənfəətlə başa vuran bankın xalis mənfəətində əvvəlki illə müqayisədə 57,2 % azalma qeydə alınıb.

“Azər-Türk Bank”ın audit hesabatına əsasən 2020-ci ildə bankın aktivləri 349 milyon manat, öhdəlikləri isə 297 milyon manat olub.

Bank sahəsi üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov bildirdi ki, bu qərarı yüksək qiymətləndirir:

“İnvestisiya Holdinqi ona görə təsis edilib ki, bütün dövlət şirkətləri vahid mərkəzdən, vahid standartla idarə olunsunlar və gəlir gətirsinlər. Tədricən ən iri dövlət şirkətləri bu holdinqə verilir. Əgər SOCAR-ın idarəçiliyi bu quruma həvalə edilibsə, bütün dövlət şirkətləri ilə bağlı da eyni addımlar atılacaq”.

Prosesin yavaş getməsinin səbəbləri barədə danışan Əkrəm Həsənovun fikrincə, kifayət qədər vaxt və kadr tələb olunur ki, Holdinq prosesi “həzm” edə bilsin: “İndi növbə maliyyə sektoruna çatıb, dövlətə məxsus olan maliyyə qurumları Holdinqin idarəedilməsinə həvalə olunur”.

Ə. Həsənov ümid edir ki, həm Beynəlxalq Bank və “Azər-Türk Bank”ın, həm də “Azərsığorta”nın fəaliyyətində dönüş yaranacaq:

“Adıçəkilən qurumlar mütərəqqi idarəetmə standartlarına əsaslanan qaydalarla idarə olunacaq. Ən əsası, maliyyə qurumları öz profillərindən kənar, lazımsız fəaliyyətlə məşğul olmayacaqlar. Bilirsiz ki, Azərbaycanda belə hallar var və bu da maliyyə və biznes qurumlarının gəlirliliyinə mənfi təsir göstərir. İnvestisiya Holdqinin əsas məqsədi odur ki, bütün qurumlar gəlirlə işləməlidir. Bunlar komersiya təşkilatıdır, publik hüquqi şəxslər deyillər”.

İqtisadçı ekspert, keçmiş deputat Nazim Bəydəmirli bildirdi ki, prezidentin İnvestisiya Holdinqini yaratmaqda məqsədi hökumətin yaxşı işləməsindən və onu gücləndirmək ehtiyacından irəli gəlməyib:

“Dövlət başçısı İnvestisiya Holdinqi yaradılan qədər hökumət qurumlarının, habelə dövlət şirkətlərinin xroniki vergi borcları, o cümlədən investisiya xərclərinin talanması, xarici borclarının qaytarılmaması, öhdəliklərini yerinə yetirməməsi ilə bağlı ictimaiyyətə dəfələrlə məlumat vermişdi. Demişdi ki, biz AZAL, SOCAR, “Azərsu” və sair qurumlara, iri vergi ödəyicilərinə milyardlarla vəsaitlər veririk, amma onlar səmərəli işləmirlər”.

Ekspert Beynəlxalq Bankın İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin həbsindən sonra bu maliyyə qurumunun kreditləri hesabına yaradılan müəssisələrin Azərbaycan Sənaye Korporasiyasının idarəçiliyinə verilməsini xatırladır:

“Beləliklə, paralel strukturlar yaradılıb. Ümumiyyətlə, idarəçilikdə belə paralel qurumların yaradılması effektsizdir, necə ki, TƏBİB və Səhiyyə Nazirliyinin timsalında biz bunu  gördük. Onlar pandemiya dövründə üzərlərinə düşən vəzifələri yerinə yetirə bilmədilər. Problem fərdlərdə deyil, əsas məsələ Nazirlər Kabinetinin bu həcmdə olmasıdır. Mən tövsiyə edirəm ki, Gürcüstanda bərqərar edilən idarəçilik metodundan yararlanmaq lazımdır. Əgər bu addım atılardısa, heç İnvestisiya Holdinqinin və dövlət şirkətlərinin üzərində müşahidə şuralarının yaradılmasına gərək qalmazdı”.

Bəydəmirlinin sözlərinə görə, Azərbaycanda nə qədər ki, rəqabət yoxdur, inhisarçı məmurlar qanun qarşısında məsuliyyət daşımırlar, o zamana qədər belə qurumların yaradılmasının heç bir effekti olmayacaq.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam