Redaktor seçimi
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
Günün xəbəri

Azərbaycandan Ermənistana köçürülən -211 milyon dollar hansı ölkənin idi?

Azərbaycandan Ermənistana köçürülən 211 milyon dollar hansı ölkənin idi?

Azərbaycanın torpaqlarını işğaldan azad etməsi ilə İran həm də sanksiyaların dəlinməsi üçün istifadə etdiyi platformanı itirdi: işğal dövründə Tehran Qarabağda “çirkli pulların yuyulması” mexanizmini qurmuşdu.

Yenixeber.org: İrandan Qarabağa gətirilən pullar burada iranlılar tərəfindən qurulmuş banklar vasitəsilə İrəvanda yenə iranlıların qurduğu banklara ötürülür və “təmizlənirdi”.

Dünya Bankının 2019-cu il hesabatında konkret faktlar əksini tapıb: hesabatda qeyd olunur ki, 2017-ci ildə Azərbaycandan Ermənistana 7 milyon, 2018-ci ildə 211 milyon dollar pul köçürülüb.

Erməni müxalifəti 44 günlük müharibədən sonra “Azərbaycandan Ermənistana 2011 milyon pul köçürülüb” detalından Paşinyana qarşı “türklərə satılıb” ittihamında arqument kimi istifadə edirdi. Hərçənd, Azərbaycandan köçürülən pul əslində Qarabağdan köçürülən İran pulu idi.

Dünya Bankı beynəlxalq hüquqa əsasən Qarabağı Azərbaycan ərazisi kimi tanıdığı üçün pul transferini də bu prinsiplə hesablayır.

ABŞ Konqresinin Nümayəndələr palatasının keçmiş üzvü Dan Barton da 2018-ci ildə verdiyi müsahibəsində İranın Qarabağdakı banklar vasitəsilə pulları “yuduğunu” və “Hizbullah”ı maliyyələşdirdiyini açıqlamışdı.

Bu, İranın işğal dövründə Azərbaycan torpaqlarında həyata keçirdiyi qanunsuzluqların kiçik bir hissəsidir. Müharibədən sonra bu mexanizmdən məhrum oldular. Bu gün Tehranın Xankəndidəki separatçı-terrorçu rejimə dəstək vermək üçün “min bir əziyyətə” qatlanmasının səbəblərindən biri də “bəlkə bu mexanizmi xilas” etmək ümididir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam