Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycandan - Gürcüstana dollar axını

Azərbaycandan Gürcüstana pul köçürmələrinin həcmi artmaqdadır.

Yenixeber.org: Ötən ay Azərbaycandan Gürcüstana 2 mln. dollar həcmində pul köçürülüb. Gürcüstan Milli Bankının yaydığı məlumatda bildirilib ki, Azərbaycanın qonşu ölkəyə daxil olan ümumi pul köçürmələrindəki payı 1,34 %-ə bərabər olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sentyabr ayı üçün olan pul vəsaitlərinin həcminin 28% artdığı məlum olub. Qeyd edək ki, sentyabr ayında Gürcüstana xarici ölkələrdən, ümumilikdə, 149,8 mln. dollar pul daxil olub. Bu həcm ötən ilin analoji göstəricisindən 18,3 mln. dollar və ya 13,9% çoxdur.

Gürcüstandan xarici ölkələrə köçürülən pul kütləsinin həcmi isə 6,5% artaraq 20,5 mln. dollara bərabər olub. Qeyd edək ki, Azərbaycandan olan pul köçürmələri ilə bağlı artım tendensiyası əvvəlki aylarda da müşahidə olunub. Yay aylarında pul köçürmələrinin həcmləri daha yüksək olub. Məsələn, iyul ayı üçün açıqlanan məlumatlara görə, Azərbaycandan Gürcüstana 2,11 milyon ABŞ dolları məbləğində pul köçürülüb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 21,8% çox olub. İyun ayı üçün olan göstəricilər isə bir qədər aşağı 1,67 mln dollar təşkil edib.

Yay aylarında pul köçürmələrinin həcmində olan artım həm də turizm mövsümü ilə əlaqələndirilə bilər. Məlumdur ki, yayda Gürcüstanda istirahət etməyə üstünlük verən azərbaycanlıların sayı, ümumilikdə xaricdə istirahət edənlər arasında yüksək faiz təşkil edir. Turizm mövsümü başa çatsa da, pul köçürmələrinin həcmlərində yüksək səviyyəli azalmalar müşahidə olunmur. Bu da Gürcüstandan Azərbaycana idxal olunan məhsulların həcmində yüksək artımların olduğunu ehtimal etməyə əsas verir.

Ölkəmizdən Gürcüstana axan milyonlar idxal məhsullarının artımı ilə bağlı ola bilərmi?

İqtisadçı Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanla Gürcüstanın ticarət dövriyyəsində müəyyən artım müşahidə olunub:

“Gürcüstandan Azərbaycana daha çox çeşidli məhsullar gətirilir. Azərbaycandan Gürcüstana ixracın isə dar çərçivəsi var - bu, əsasən, enerji daşıyıcılarından ibarətdir. Son zamanlar Azərbaycanın həm vergi, həm də gömrük orqanlarında rəsmiləşdirmə məsələsinə daha ciddi yanaşma olduğunu nəzərə alaraq, (doğrudur, bu tam qanedici deyil -N.C) demək olar ki, Gürcüstandan Azərbaycana rəsmi mal daşımaları artır. Pul köçürmələrinin həcminin artması da bununla bağlıdır. Artan pul köçürmələri Azərbaycana gətirilən məhsulun ödənişidir”.

Natiq Cəfərli deyir ki, Gürcüstandan ölkəmizə gətirilən məhsulların hər birinin həcmində artım müşahidə olunur:

“Gürcüstandan Azərbaycana idxal olunan spirtli içkilər, o cümlədən şərab, diri heyvan və ət məhsulları və digər kənd təsərrüfatı məhsulları həcmi ilbəil artmaqdadır”. (teref)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam