Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

ABŞ bankı “SOCAR Türkiye”dəki payını satıb

Ekspert: “Türkiyədə bu sərmayələrin gizli iqtisadiyyatın deyil, rəsmi iqtisadiyyatın inkişafına xidmət etməsini arzulayıram”

Yenixeber.org: ABŞ-ın məşhur “Goldman Sachs International” investisiya bankı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi – “SOCAR Turkey Enerji”dəki 13%-lik payını satıb. Xatırladaq ki, SOCAR 2015-ci ildə həmin payı Amerika bankına 1,3 milyard dollara satmışdı. Beləliklə, Dövlət Neft Şirkəti “SOCAR Turkey Enerji A.Ş.”də (STEAŞ) olan birbaşa və dolayı iştirak payını 87 %-dən 100 %-ə çatdırıb. Bu barədə Türkiyənin Kamuyu Aydınlatma Platforması (KAP) məlumat dərc edib.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirdi ki, “SOCAR Turkey Enerji A.Ş.” 2008-ci ildə PETKİM-in (Petrokimya Holding) 51 %-ni satın alaraq fəaliyyətə başlayıb. Onun sözlərinə görə, yekunlaşdıqda 19,5 milyard dollara çatacaq nəhəng layihələr həyata keçirən “SOCAR Turkey” çətiri altında PETKİM, TANAP, “STAR Rafinerisi”, “SOCAR Terminal”, “PETKİM RES”, “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “SOCAR Enerji Ticaret”, “Millenicom”, “SOCAR Ticaret” kimi öz sahəsində aparıcı şirkətlər var. 

“Əsas investisiya sahələri neft-kimya məhsulları və ticarəti, emal ilə təbii qaz alqı-satqısı olan “SOCAR Turkey” investisiyalarının çoxunun yerləşdiyi Aliağadakı torpaqları üçün “Xüsusi Sənaye Bölgəsi” adını alan ilk şirkətdir”, – deyə ekspert söylədi.

Amerika şirkətinin payını satmasının səbəblərinə gəlincə, İlham Şaban qeyd etdi ki, 6 illik müqavilə bitdiyinə görə, “Goldman Sachs International” bu addımı atıb. Ekspert deyir ki, SOCAR bu əməliyyatdan xeyli irəli düşüb və şirkətin Türkiyədəki layihələrinin hamısı kommersiya baxımından özünü doğruldan layihələrdir. 

İqtisadçı ekspert Qubad İbadoğlu da SOCAR-ın bu əməliyyatına müsbət yanaşdığını vurğulayıb: 

“Əgər şəffaf və hesabatlı işləyəcəklərsə, təqdir edirəm. Yəni SOCAR-ın Türkiyə iqtisadiyyatına sərmayə qoyuluşu siyasətini bəyənirəm. Sadəcə, Türkiyədə bu sərmayələrin gizli iqtisadiyyatın deyil, rəsmi iqtisadiyyatın inkişafına xidmətini arzulayıram. Bunun üçün də SOCAR-ı şəffaf və hesabatlı olmağa dəvət edirəm”.

Xatırladaq ki, cari ilin avqust ayının 17-də “SOCAR Turkey” əvvəlki öhdəliklərini təkrar maliyyələşdirmək məqsədilə “JP Morgan” və “Citibank” başda olmaqla, ABŞ kredit institutlarından 1,3 milyard dollar həcmində maliyyələşmə təmin edib. Şirkətdən verilən məlumata görə, təkrar maliyyələşdirmə əməliyyatı nəticəsində kənardan cəlb edilən vəsait şirkətin əvvəlki öhdəliklərinin bir hissəsini əvəzlədiyinə görə SOCAR üçün əlavə öhdəlik həcmi yaratmayıb. Amma Qubad İbadoğlu deyir ki, bu, ağır şərtlərlə alınmış borcdur: 

“Nəzərə alsaq ki, SOCAR-ın cari öhdəlikləri çoxdur, onda illik LIBOR/EURIBOR +3.45% faiz ilə cəlb edilən vəsait onun maliyyə durumunu daha da çətinləşdirəcək”.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam