Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Koronavirusa görə STAR zavodunda məhsul istehsalının növü dəyişdirilib –“SOCAR Turkey Enerji A.Ş”nin baş icraçı direktoru

COVID-19 pandemiyasının yayılmasına görə hava nəqliyyatına qadağaların olması səbəbindən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə yerləşən STAR neft emalı zavodunda təyyarə yanacağı istehsalından dizel yanacağına keçilib.

Yenixeber.org: Bunu SOCAR-ın Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş”nin baş icraçı direktoru Zaur Qəhrəmanov “Anadolu” agentliyinə bildirib.

“Hava yolları nəqliyyatında qadağalara görə təyyarə yanacağı istehlakı çox azalıb. STAR yeni neft emalı zavodu olduğu üçün sahib olduğumuz texnologiya istehsal çevikliyi təmin edir. Biz də təyyarə yanacağı istehsalımızı mart ayından dizel yanacağına dəyişmişik”, – Z.Qəhrəmanov qeyd edib.

“SOCAR Turkey”in baş icraçı direktoru bildirib ki, STAR zavodunda təyyarə yanacağı istehsalından dizel yanacağı istehsalına keçid bir həftədə baş tutub: “STAR zavodunun illik təyyarə yanacağı istehsalı 1,7 mln. ton təşkil edir. Mart ayından etibarən istehsalı dizel yanacağına çevirməyə başladıq”.

O qeyd edib ki, təyyarə yanacağı istehsalından dizel yanacağı istehsalına keçəndə əlavə neft-kimya xammalı istehsal olunur: “Neft emalı zavodu və neft-kimya müəssisəmiz inteqrasiya şəklində çalışdığına görə, əlavə olaraq alınan neft-kimya xammalı “Petkim”ə göndərilir və orada istifadə olunur”.

Onun sözlərinə görə, dizel yanacağı istehlakında da son bir ayda 15% azalma müşahidə olunur: “Sosial izolyasiya müddətində bu azalma yenə də davam edəcək. Hesablamalarımıza görə, istehlakdakı azalma 40% olarsa, neft emalı zavodumuzun gücünü 10-15% azaltmalı olacağıq. Təbii ki, olmamasını ümid edirik, amma bütün ssenarilərə hazırıq”.

SOCAR-ın törəmə şirkətinin rəhbəri neft-kimya müəssisəsinə sahib olmanın avantaj olduğunu qeyd edib: “Neft-kimya müəssisəmizdə istehsal hazırda çox uğurla irəliləyir. Amma bütün istehsalımıza baxdıqda, bu vəziyyət 2-3 ay da davam edərsə, bəzi addımlar atmalı olacağıq”.

Xatırladaq ki, 2018-ci il oktyabrın 19-da STAR-ın açılış mərasimi keçirilib. Zavodun təməli 2011-ci il oktyabrın 25-də qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.

Zavod ildə 10 mln. ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam