Redaktor seçimi
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Günün xəbəri

BMT-nin ali nümayəndəsi erməni kilsəsində-AÇIQLAMA

 

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Anxel Moratinos Azərbaycanda səfərdədir.

Yenixeber.org:  Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Bakıda bir sıra görüşlər keçirən nümayəndə heyəti işğaldan azad olunmuş Ağdam və Füzuli rayonlarına səfər edərək, ermənilərin işğal dövründə törətdiyi vandalizmlə yerində tanış olub. Nümayəndə heyəti səfər çərçivəsində Bakıdakı Müqəddəs Qriqori erməni kilsəsinə də baş çəkib.

Qonaqlara kilsə haqqında məlumat verilib. Bildirilib ki, tolerantlığın yüksək səviyyədə təmin olunduğu Azərbaycanda heç bir ayrı-seçkilik qoyulmadan bütün dini abidələr və ibadət yerləri dövlət tərəfindən qorunur.

Qeyd olunub ki, kilsədə erməni dilində kitablar qorunub saxlanılır. Kitabların arasında bir neçə yüzillik tarixi olan nadir Bibliya nüsxələri də var. Burada saxlanılan kitabların tədqiqat üçün istifadəyə açıq olduğu da diqqətə çatdırılıb.



Vurğulanıb ki, Ermənistan öz ərazisində, eyni zamanda otuz ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında xalqımıza məxsus bütün tarixi, mədəni abidələri, o cümlədən 60-dan çox məscidi dağıdıb, talan edib, bir çox məscid binalarında heyvanlar saxlanılıb. İşğalçılar bununla təkcə Azərbaycan xalqına qarşı deyil, ümumilikdə İslam sivilizasiyasına, dini dəyərlərə barbar münasibətlərini nümayiş etdiriblər.



Ermənistandan fərqli olaraq, Azərbaycan həmişə bütün dinlərə və mədəniyyətlərə tolerant münasibət göstərib. Bakının mərkəzindəki erməni kilsəsinə münasibət də buna nümunədir. Diqqətə çatdırılıb ki, kilsə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli Qərarı ilə təsdiq edilmiş dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxildir.

Sonra qonaqlar işğaldan azad olunan ərazilərdə Ermənistanın otuz il ərzində məscid binalarına qarşı həyata keçirdiyi barbarlığı əks etdirən fotolardan ibarət sərgiyə baxıblar.



 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam