Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Elmar Məmmədyarov BMT-nin Ali nümayəndəsi ilə görüşüb

 

Xarici İşlər naziri Elmar Məmmədyarov V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinosilə görüşüb.

Yenixeber.org: Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, M.A.Moratinos Prezident İlham Əliyev tərəfindən qəbul olunduğundan və tədbirin yüksək səviyyədə təşkilindən məmnunluğunu ifadə edib.

Ali nümayəndə Azərbaycan ilə Alyans arasında qarşılıqlı faydalı əməkdaşlığın olduğunu diqqətə çatdırıb.

Migel Anxel Moratinos 120 ölkəni özündə birləşdirən təşkilatın terrorizmə qarşı mübarizə və cəmiyyətlərin bu kimi təhdidlərdən qorunması sahəsində fəaliyyətinin gücləndirilməsi niyyəti barədə məlumat verib.

E.Məmmədyarov təşkilat ilə Azərbaycan arasındakı əməkdaşlıq əlaqələrinin cari vəziyyətini yüksək qiymətləndirib və Alyansın müasir dövrün çağırışlarına qarşı mübarizədə fəal rol oynamasının zəruriliyini vurğulayıb.

Forum çərçivəsində “BMT sistemində sülh naminə çoxtərəflilik və diplomatiyanın gücləndirilməsi” mövzusunda paneldə çıxışına istinad edən nazir Elmar Məmmədyarov multikulturalizmə müasir dünyamızda böyük ehtiyac duyulduğunu diqqətə çatdırıb.

Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıblar. (Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam