Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Dialoq Forumu başa çatıb

 

Bakıda keçirilən Forum başa çatıb

Bakıda keçirilən “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu gün öz işini yekunlaşdırıb.
Yenixeber.org: Forumun bağlanış mərasimində çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev forum çərçivəsində səmərəli müzakirələrin və fikir mübadiləsinin aparıldığını bildirib. O qeyd edib ki, forum çərçivəsində 20-ə yaxın tədbir keçirilib. Nazir vurğulayıb ki, Bakı forumu dünya miqyasında özünəməxsus, hörmətli və nüfuzlu yer tutur.
Ə.Qarayev bildirib ki, Azərbaycanın qlobal əhəmiyyət kəsb edən beynəlxalq tədbirlərə ev sahibliyi etməsi bir ənənə halına çevrilib. Nazirin sözlərinə görə, Azərbaycanın bu fəaliyyəti beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir:
Nazir vurğulayıb ki, bu cür forumlar eyni zamanda dünyanın müxtəlif ölkələrindən Azərbaycana gələn insanlara ölkədəki mövcud reallıqlarla tanış olmaq, bəşəriyyəti narahat edən mövzular ətrafında müzakirələr aparmaq imkanı yaradır.
Daha sonra çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinos, UNESCO baş direktorunun Sosial və humanitar elmlər üzrə müavini Nada əl-Naşif, İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri, BMT-nin Ümumdünya Turizm Təşkilatının icraçı direktoru Manuel Butler Halter forumun təşkili üçün Azərbaycan hökumətinə təşəkkür edib və forumun yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıblar.
Qeyd edək ki, Heydər Əliyev Mərkəzində “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib.
İki gün davam edən Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilib. Tədbirdə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksəksəviyyəli rəsmiləri iştirak ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam