Aysel Novruzova ilə jandarma komandanı Hüseyn Barış Kopan arasında oteldə nə baş vermişdi?!-"Geri qaytara bilməyəcəyim bir çox şeyləri itirdim"
Türkiyənin Trabzon şəhərində 9 il bundan əvvəl fahişəliklə məşğul olan azərbaycanlı qadını saxlayan, onu deportasiya etməklə qorxudaraq oteldə cinsi əlaqəyə razı salmaqda ittiham edilərək 3 il 4 ay həbs cəzasına məhkum edilən jandarma zabitinə yüksək məhkəmə bəraət verib.
Yenixeber.org: Türkiyə KİV-ləri xəbər verir ki, 2012-ci ildə Ortahisar bölgəsi üzrə jandarma komandanı olan kapitan Hüseyn Barış Kopan (indi 46 yaşındadır) qeyri-leqal yollarla ölkə ərazisinə daxil olub fahişəliklə məşğul olan 34 yaşlı Aysel Novruzovanı saxlayıb. Sənədlərini yoxlayanda qadının Türkiyəyə qeyri-leqal yollarla daxil olduğu müəyyən edilib və jandarma komandanı onu ölkədən deportasiya etməklə hədələyib. Qadın deportasiya olunmamaq üçün jandarma zabitinə oteldə seks təklif edib, zabit də bununla razılaşıb.
Məsələnin üstü açılanda isə onun barəsində “rüşvət” ittihamı ilə təhqiqat başladılıb, təhqiqat zamanı Bingölə təyin edilib, daha sonra barəsində cinayət işi qaldırıblar və 3 il 4 ay həbsə məhkum ediblər. Zabit ittihamla razılaşmayıb, qadının ona böhtan atdığını bildirib və hökmdən yuxarı məhkəmə instansiyalarına şikayət verib.
Yüksək məhkəmə nəhayət 9 il sonra bu hökmü qüvvədən salıb və kapitana bəraət verib. Məhkəmə ittiham üçün irəli sürülən sübutların mötəbər olmadığı və qanuni yollarla əldə edilmədiyi qənaətinə gəlib.
Habelə məlum olub ki, azərbaycanlı qadın jandarma zabitinə rüşvət qismində sekslə məşğul olduğunu iddia etdiyi dövrdə 2 dəfə Türkiyədən deportasiya edilib. Hüseyn Barış Kopan yüksək məhkəmənin hökmü ilə bağlı deyib: “Bu illər ərzində çox çətin günlər keçirdim. Ədalətin gec-tez yerini tapacağına inanırdım. Amma bu müddət ərzində geri qaytara bilməyəcəyim bir çox şeyləri itirdim. Yenə də ədalət öz yerini tapdı”.
Kopanın vəkili Kubilay Büber yerli məhkəmənin çıxardığı hökm və ittiham müddətində müdafiə etdiyi şəxsin ağır itkiləri olduğunu bildirib, onun təzminat iddiası qaldıra biləcəyini deyib.(virtualaz)