Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Azərbaycanlı qızı 55 bıçaq zərbəsi ilə öldürdü...-Türkiyədə

 

Türkiyədə daha bir azərbaycanlı qadın vəhşicəsinə qətlə yetirilib. Bu ölkə KİV-lərinin az əvvəl yadıqları xəbərlərə görə Azərbaycan vətəndaşı Qənirə Cabbarova sevgilisi tərəfindən vəhşicəsinə bıçaqlanaraq öldürülüb.

 Yenixeber.org: Hadisə Tefenni-Çavdar kara yolu, Beyköy yol ayrıcında baş verib.

Mənbə yazır ki, 24 yaşlı Qənirə Cabbarova sevgilisi Halil A. adlı şəxslə (24 yaş) birlikdə ötən gecə Gölhisar qəsəbəsində yerləşən mənzillərinə dönərkən aralarında mübahisə yaranıb. Onların mübahisəsi davaya çevrilib, nəticədə Halil A. Qənirə Cabbarovanı avtomobildən endirərək ona 55 bıçaq zərbəsi vurub.

 

Hadisəyə şahid olan Ali T. adlı taksi sürücüsü təcili yardım çağırsa da, Cabbarovanın həyatını xilas etmək mümkün olmayıb. Qadının meyiti müayinə üçün Antalya Xəstəxanasına gətirilib. Hadisə yerinə jandarmalar cəlb edilib.

Qətli törətməkdə şübhəli bilinən Halil A. saxlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, azərbaycanlı qadınlar tez-tez Türkiyədə kriminal hadisələrdə rol alırlar, fahişəliklə məşğul olmaq üçün bu ölkəyə gedən qadınlar gah “sevgilililəri” tərəfindən öldürülür, gah da jandarma və polis reydləri zamanı saxlanılaraq deportasiya edilir. Türkiyədə qadınlara qarşı zorakılıqların geniş yayıldığı ölkələrdən biridir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam