Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

İranda siyasi həbslər olacaq-casus şəbəkələri ifşa olunub

                   

               Onlarla qanun İrana düşmən olan ölkələrdən alınan rüşvətlə qəbul olunub

Xüsusən Qərb Mətbuatı Tehranda baş verə biləcək Prezident seçkiləri qabağı kütləvi həbslərdən yazır. 

Yenixeber.org: Ölkənin əsas strateji mərkəzlərində, (Analitik İnformasiya və kəşfiyyat mərkəzlərində) məlumatların xaricə ötürülməsi, ərazidəki diplimatik kanallar vasitəsilə qurulan informasiya əlaqələrinin sirri açıldı. Dövlətin daxili və xarici qurumlarını idarə edən təşkilatlarda casus yuvalarının üstünün açılması hər şeyi yenidən başlamaq ideyasını ortaya qoyur. Məsələn, mərhum general Süleymaninin qətli ilə bağlı, eləcə də “nüvə generalları” ilə bağlı aparılmış istintaq materiallarının qovluqları yenidən açılıb.

Məlumata görə ölkənin xarici siyasəti prezident Həsən Ruhanilə bağlı olub. Daxili siyasət isə inqilabın rəhbəri tərəfindən idarə olunub.

Ölkənin biri-birinə bağlı olan casus şəbəkələri əsasən, ingilis kəşfiyyat mərkəzinə (“Mİ-6”) xidmət edib.

İran əleyhinə (mətbuatın yazdığına görə) ölkənin sərhəd respublikalarında çalışan diplomatik korpusların bəzi əməkdaşları daha aktiv olublar. Məsələn bilavasitə Prezident Həsən Ruhaninin dərftərxanasına bağlı olan diplomat-strateq “Hüsaməddin Aşina şəbəkəsi” ifşa olunduqdan sonra ölkənin ictimai-siyasi qurumları, təhlükəsizlik qüvvələri bir daha yəqin etdilər ki, onlar bir sıra məsələlərin həllində gecikiblər və yaxud yalan, kökü olmayan məlumatlarla mövqe qurublar. Artıq yaxın günlərdə bir sıra ölkələrin diplomatları, radio-televiziya, digər kütləvi informasiya vasitələrinin rəhbərləri, hadisələri yalandan şərh edən siyasətçilər, parlament üzvlərinin həbsləri də gözlənilir.

Xarici mətbuatın yazdığına görə ölkə prezidentinin qurumları arasında Həsən Ruhaniyə qarşı itaətsizlik başlayıb. Parlamentin ratifikasiya etdiyi qanunların bütün bir qismi şübhə altına alınıb. Onlarla qanun İrana düşmən olan ölkələrdən alınan rüşvətlə qəbul olunub. Ölkənin Azərbaycandakı dəftərxanası ilə bağlı geniş hesabat hazırlanır.

Rövşən Novruzoğlu,

politoloq


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam