Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Vyana ilə Moskva arasında casus qalmaqalı

 

Vyana ilə Moskva arasında casus qalmaqalı
Rəsmi Vyana Avstriya ordusunun sabiq polkovnikinin Rusiyaya casusluq etməsilə bağlı vəziyyətə aydınlıq gətirməsi üçün Moskvadan şəffaf informasiya tələb edir.
 Yenixeber.org: Bu barədə Avstriyanın baş naziri Sebastian Kurts jurnalistlərə açıqlamasında deyib. 

“İndi biz Rusiya tərəfindən şəffaf informasiya tələb edirik. Rusiyanın səfiri, daha doğrusu, hazırda Avstriyada olmadığından onun səlahiyyətlərini icra edən şəxs Xarici İşlər Nazirliyinə çağırılıb” – Kurts bildirib.

Qeyd edək ki, Avstriya Silahlı Qüvvələrinin sabiq polkovniki 20 il ərzində Rusiyaya casusluq etməkdə şübhəli bilinərək həbs olunub. Avstriyanın Müdafiə Nazirliyi bəyan edib ki, casusluqla məşğul olaraq məlumatları Rusiyaya ötürən sabiq polkovnikin bu fəaliyyətinin üstünü hərbi əks-kəşfiyyat və beynəlxalq əməkdaşlıq sayəsində açmaq mümkün olub. Lakin Rusiyanın Avstriyadakı səfirliyi məsələ ilə bağlı şərh verməkdən imtina edib. 

Avstriya KİV-lərinin məlumatına əsasən, casus polkovnik Avstriya hərbi hava qüvvələri, artilleriya sistemləri, ölkədəki miqrant böhranı, həmçinin, Avstriyanın yüksək rütbəli hərbçilərilə bağlı məlumat toplayaraq Moskvaya ötürməklə məşğul olub. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam