Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Niyazi Bayramovla Nazim İbrahimov arasında “Stefano Ricci” QALMAQALI-128 000 dollarlıq

 Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovun geniş biznes əlaqələrinə malik olması, hətta oğlunun dillərə dastan olan maşın kolleksiyasına sahib olması hər kəsə məlumdur.

Yenixeber.org: Məlumata görə, Nazim İbrahimov vəzifədə olduğu zaman Niyazi Bayramova aid olan və Bakıda ən bahalı geyim mağazalarından hesab edilən “Stefano Ricci” tərəfindən keçmiş komitə sədrinə müxtəlif jestlər edilirdi.

Belə ki, Nazim İbrahomovun burada xüsusi endirimləri, o cümlədən 300 000 manata qədər güzəştli ödəmə xətti var idi. İnsafən də demək lazımdır ki, Nazim İbrahimov buradan vəzifədə olduğu zaman özü, ailəsi, dostları üçün, eyni zamanda hədiyyələr almaq məqsədilə milyonlarla manatlıq alış-veriş etmişdi. O, bu dükanın ən yaxşı müştəriləri arasında idi.

Nazim İbrahimov vəzifədən gedəndən sonra bəlli olur ki, sən demə, onun “Stefano Ricci”yə 128 000 ABŞ dolları borcu qalıbmış.

Məşhur geyim mağazası bir neçə dəfə xəbərdarlıq etsə də Nazim İbrahimov buna məhəl qoymayıb.

Nəticədə bu məsələ icra başçısı və keçmiş komitə sədrinin münasibətinin kəskin pisləşməsinə səbəb olub.

Yeri gəlmişkən “Stefano Ricci” keçmiş məmurlarla problem yaşayan yeganə geyim dükanı deyil.

Mövzunu davam etdirəcəyik.(sfera.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam