Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Acınohur düzündə 372 hektar ərazini icarəyə götürən şəxs kimdir?

 
Artıq bir neçə gündür əcnəbi turistlərin Azərbaycanda qanunsuz ovla məşğul olması ilə bağlı silsilə görüntülər yayılıb.

Yenixeber.org: Video və foto kadrlarda turistlər tərəfindən nəsli kəsilməkdə olan quşların ovlanması, ovlanmış quşların qənimət kimi təqdim edilməsi öz əksini tapıb.

Ətraf mühitinin qorunması sahəsində çalışan fəallar həmin kadrların Qax rayonun ərazisində çəkildiyini iddia edir.

Əcnəbi turistlər koronavirus pandemiyasına görə turistik vizaların verilmədiyi vaxtda Azərbaycana necə gəlib? Onlara ov mövsümü bitdiyi bir vaxtda ov üçün icazəni kim verib?

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib ki, ölkəyə turistlərin gəlməsi, onların hərəkəti, buna icazələrin verilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətləri xaricindədir.

Qurumdan qeyd olunub ki, əcnəbi turistlərinin istirahətinin təşkili zamanı ölkə qanunvericiliyinin pozulması baş verərsə, bu zaman müvafiq orqanlar öz səlahiyyəti daxilində hərəkət etməlidir və bunun qaşısını almalıdır.

“Qeyd etdiyiniz məlumatlar bizə daxil olanda araşdırma aparıldı. Araşdırmanın nəticəsində məlum oldu ki, 2017-ci ildə Acınohur yasaqlığı ərazisində 372 hektar ərazi yerli vətəndaşa icarəyə verilib, həmin vətəndaş da müqavilə əsasında xarici qonaqları dəvət edir və onlar orada istirahət edirlər. Bununla bağlı hər hansı məhdudiyyət yoxdur.” 

Xidmətdən vurğulanıb ki, əcnəbi turistlər ovçuluq haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə cərimə olunub.

“Nazirlik məsələyə dərhal reaksiya verib. Martın 21-də xarici vətəndaşlar heyvanlarla rəhmsiz rəftara görə cərimələnib. Sonra isə bizə həmin ərazidə hətta ov aparılması ilə bağlı məlumat daxil olub. Fakt qismən təsdiq edilib və iki əcnəbi turist cərimələnib. Çünki onların yalnız ov fəaliyyəti sübuta yetirilib. Onlar İnzibati Xətalar Məcəlləsinin ov qaydalarının kobud şəkildə pozulması maddəsinə əsasən təqribən 4 min manat məbləğində cərimələnib.”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında İctimai Şuradan isə Turana bildirilib ki, Qax Dövlət Təbiət Yasaqlığı ərazisində əcnəbi turistlərin qurduğu çadırlar sökülüb və ekoloji problem müvafiq qanunlar çərçivəsində həll edilib. 

Ova qarşı olduğunu bildirən əcnəbi turistlərdən biri Facebook sosial şəbəkəsində yazıb ki, bu tipli “ov turları” artıq 10 ildir davam edir və bu illə müqayisədə əvvəlki illərdə daha kütləvi olub. Özünü turist kimi təqdim edən şəxs iddia edir ki, ov üçün Azərbaycana gələn şəxslər ov icazəsi üçün qeyri-rəsmi adambaşı 2500 dollar ödəyir.

“Azərbaycana gətirilən şahinlərin ölkəyə girişinə görə isə hər şahin başına 500 dollar alınır.”

Ətraf mühitin qorunması sahəsində çalışan fəal Cavid Qara AzadlıqRadiosuna bildirib ki, Azərbaycana ov məqsədilə gələn turistlər qış boyu ölkədə olub.

“Qış boyu əcnəbi, əsasən də Ərəb ölkələrindən qruplar Azərbaycanda olub və ov aparıb. Fevralın 28-də ov mövsümü bitməsinə baxmayaraq bunların ovu dayanmayıb və bu günlərə qədər davam edi,» o qeyd edib.

Fəal deyir ki, koronavirus pandemiyası zamanı turistik vizaların verilməsi dayandırılan bir vaxtda həmin turistlərin ölkəyə gəlməsi suallar doğurur.

“Onlar böyük ehtimal ki, turist vizaları ilə yox, biznes vizası adı ilə gəlirlər. Ölkədə şirkətlər var ki, saxta biznes vizaların verilməsini təşkil edir və çox güman ki, həmin turistlər bu yolla gəliblər.”

C.Qara deyib ki, Qax Dövlət Təbiət Yasaqlığı ərazisində və ətrafında ov qadağandır.

“Ov qadağan edilən yerlərdə ovu qadağan edilən heyvan növlərini ovlamaq bütün qaydaların pozulması deməkdir. Dövlət qurumlarının xəbəri olmadan qoruğa girib bunları etmək mümkün deyil. Ekologiya və Təbii Sərvətlər Nazirliyi onların qoruğa girdiyi gündən xəbəri olub. Həmin qrup turistlərdən əvvəl həmin yerdə başqa qruplar da olub və nazirliyin bundan xəbəri olub, sadəcə qarşısını ala bilməyib.”

Aktivist hesab edir ki, ov turları ilə ölkəyə gələn şəxslərin arxasında oliqarxlar dayanır.

“Hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bunun qarşısını almaq üçün siyasi iradəsi çatmır. Çünki rüşvət məsələsi olsaydı, ov üçün gələnlər məsələ ictimailəşdiyi ilk gündən ordan çıxarılardı. Amma, bu baş vermədi, bu şəxslər hələ 6 gün orada qalıb və bu o deməkdir ki, onların arxasında çox nüfuzlu oliqarxlar, məmurlar dayanır və nazirlik onların qarşısında acizdir.”

C.Qara vurğulayıb ki, bu tipli qanunsuz ov turları əvvəlki illərdə də təşkil olunub. “Sadəcə bu qədər nümayişkaranə pozuntularla və kütləviliklə müşayiət olunmayıb.”

Ekoaktivist vurğulayıb ki, qansuz ovla məşğul olanlar ərazidən çıxarılsa da, məsələ bitməyib.

“Çünki, bu boyda özbaşınalıq qarşısında heç kim adekvat cəza almayıb. Nə onlar, nə də onları gətirənlər. Təbiətə də daha çox ziyan dəydi, amma bu vəhşilik demək olar ki, cəzasız qaldı,” o qeyd edib.

Bununla yanaşı, turistik yerdə 372 hektar ərazinin sahibinin kim olması, bu qədər ərazinin icarəyə verilməsinin qanuni olub-olmaması, sahibkarın qanunvericilik qarşısında məsuliyyətinin olub-olmaması, həmin şəxsin hərəkətlərinə hüquqi qiymət verilməməsi məsələləri sual olaraq qalır. Rəsmi qurumlar nədənsə bu sualların qarşısında susurlar.(turana)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam