Redaktor seçimi
AHİK-də “yenilik” şousu və reallığın acı üzü -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Paşinyanın mitinqi kabab iylənir-İDDİA

Ermənistanın müxalifyönlü mətbuatı baş nazir Nikol Paşinyana dəstək mitinqi ilə bağlı ilginc məlumat yayıb.
 Yenixeber.org: Ölkənin aparıcı saytlarında yer alan məlumata əsasən, mitinqdə adam sayının çox olması üçün regionlardan gətirilən kasıb vətəndaşlara pulsuz kabab paylayırlar.

"Hökumət, ayrı-ayrı sahələri təmsil edən məmurlar insanları mitinqə cəlb etmək üçün müxtəlif həvəsləndirici vasitələrdən istifadə edirlər. Bir neçə gündür ki, bölgələrdə bəzi icmalarda pul paylandığı, bəzilərində isə mağazalardakı borc dəftərlərinin silinəcəyinə dair vədlər verildiyi deyilir. Bu gün məlum olub ki, Ararat valisi Razmik Tevonyan adından bölgənin bəzi icmalarına martın 1-də mitinqə gələcək insanlara kabab paylanacağı vədi verilib. Daha doğrusu, bu artıq təsdiqini tapmış xəbərdir.

Belə ki, kəndlərin mərkəzində park edilmiş avtobuslarda mitinqə gedəcək şəxslər üçün çoxlu sayda "barbekü" hazırlayan avadanlıqlar gözə dəyib. Yəni belə həvəsləndirici yola da əl atıblar ki, insanlar bunu görüb İrəvana mitinqə getsinlər. Çünki orada məmnuniyyətlə manqalda bişən kababları yeyə biləcəklər. Təbii ki, vətəndaşlara mitinqdən sonra həmin avtobuslarla rahat şəkildə geri qaytaracaqlarına da söz verirlər".

Qeyd edək ki, bu gün İrəvandakı Respublika meydanında baş nazir Nikol Paşinyanın mitinqi keçiriləcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam