Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“Ehtiyatlı olun...” - Paşinyan mitinqə hazırlaşır

 

“Ehtiyatlı olun...” - Paşinyan mitinqə hazırlaşır
Ermənistanın baş naziri Nikol Paşinyan vəzifədə olmasının 100 günlüyü münasibətilə bu günə təyin etdiyi mitinqin keçirilməsinə bir neçə saat qalmış “Facebook”la canlı yayıma çıxaraq əhaliyə xəbərdarlıq edib.
 Yenixeber.org: Paşinyan mitinqin saat 17:40-da İrəvanın Erebunu küçəsindən başlayacağını və tədricən Respublika meydanına doğru irəliləyəcəyini bəyan edib. 

Onun sözlərinə görə, mitinqin start götürəcəyi ərazi onun üçün rəmzi məna daşıyır. Çünki “məxməri inqilab” zamanı 22 apreldə Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları məhz Erebuni küçəsində onu saxlayaraq aparıblar. Lakin Paşinyanın fikrincə, bunlar artıq geridə qalıb və ölkənin güc strukturlarının əməkdaşları bu gün mitinqdə onun və əhalinin təhlükəsziliyini təmin edəcəklər.

Bununla belə, Paşinyan mitinqdə təxribatlar törədiləcəyini istisna etməyib. Onun fikrincə, bəzi qüvvələr hökumətə qarşı təxribat məqsədilə aqressiya nümayiş etdirə bilər. Odur ki, baş nazir sakinləri ehtiyatlı və soyuqqanlı olmağa çağırıb: 

“Mitinqdə çoxlu insan olacaq. İstisna etmirəm ki, təxribat törətmək üçün qəsdən göndərilmiş xüsusi adamlar da olacaq. Onların davranışına aqressiya ilə cavab verməyin və təmkinli olun. Zərurət yaranarsa polisə müraciət edin”, – deyə Paşinyan mitinqdə iştirak edəcək əhaliyə müraciət və xəbərdarlıq edib. 

Xatırladaq ki, Ermənistanda və Rusiyadakı bir sıra dairələrin fikrincə, Paşinyanın bugünkü mitinqinin əsl məqsədi Moskvaya güc nümayişidir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam