Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Kağız diplomlar tarixə qovuşur-ŞƏRH

 

Artıq təhsil haqqında istənilən məlumatı elektron qaydada əldə etmək mümkün olacaq, diplomların notarial təsdiqinə, fiziki olaraq başqa ölkəyə aparılmasına da ehtiyac qalmayacaq

Yenixeber.org: Prezident İlham Əliyev “Təhsil haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunu təsdiq edib.

Azərbaycanda təhsil haqqında dövlət sənədləri bundan sonra elektron qaydada veriləcək. Yəni daha karton – kağız diplom təqdim edilməyəcək. Yeni qərara əsasən tələbələrə “Təhsil” mərkəzləşdirilmiş informasiya sistemində onlayn qaydada təhsil haqqında sənəd təqdim olunacaq. Təhsil Nazirliyindən bildiriblər ki, sistemlə bağlı müvafiq qaydalar hazırlanır və təsdiq olunması üçün Nazirlər Kabinetinə göndəriləcək. Yalnız bundan sonra qərar tam olaraq qüvvəyə minəcək.

Məsələni şərh edən təhsil eksperti Kamran Əsədov qeyd etdi ki, “Təhsil haqqında” qanuna dəyişiklikdən sonra təhsil sənədləri elektron formada, portal vasitəsilə veriləcək. Hər kəs özünün təhsili ilə bağlı məlumatları portaldakı şəxsi kabineti vasitəsilə müəyyənləşdirə və əldə edə biləcək.

Ekspertin sözlərinə görə, bu proses cari ildən etibarən tətbiq ediləcək:

“Ali təhsil müəssisələrinin istər bakalavr, istərsə də magistratura pilləsində təhsil alan şəxslər sənədlərini artıq “TEAMS.edu.az” portalından əldə edəcəklər. Belə ki, “Təhsil” mərkəzləşdirilmiş informasiya sistemində hər bir tələbənin özünün identifikasiya kodu olacaq. Amma bu, o demək deyil ki, təhsilini başa vurmuş şəxslərə bununla bağlı hər hansı sənəd verilməyəcək. Belə deyil. Xarici təcrübədə də gördüyümüz kimi, arayış formasında həmin şəxsin təhsili haqqında məlumatları əks etdirən sənəd veriləcək, amma bu, əvvəlki diplomlar kimi olmayacaq”.

K. Əsədov hesab edir ki, belə bir dəyişiklik zəruri idi:

“Çünki son illər ərzində kifayət qədər insan sənədinin itməsi və korlanması ilə bağlı müraciət edirdi. Eləcə də, dövlət nümunəsi olmayan saxta diplomların əldə edilməsi halları var idi. Saxta diplomlu həmin şəxslər əmək bazarındadırlar. Sonuncu qərar bir çox məsələlərdə təhsil alan şəxslərə kömək edəcək. Artıq heç kim saxta diplom, sənəd ala bilməyəcək. Çünki bunun üçün elektron portalda müvafiq məlumatın olması zəruridir. İkincisi, diplomların notarial qaydada təsdiqinə də ehtiyac olmayacaq. Portal həm ingilis, həm Azərbaycan dilində təhsil sənədlərini özündə əks etdirəcək ki, həmin şəxslər istənilən xarici ölkəyə gedəndə təhsil sənədlərini bu portal vasitəsilə təqdim edə biləcək.

Əvvəllər təhsil sənədləri itirdi, korlanırdı, yararsız hala düşürdü. Bu da onun dublikatının alınmasına gətirib çıxarırdı. Bəzən isə qanunvericiliyə görə, bir dəfə dublikat verildikdən sonra ikinci dəfə almaq mümkün olmurdu. Və insanlar məcbur olub, növbəti dəfə sənədi əldə edirdilər. Əgər bir dəfə də itirsələr, belə bir şansları olmurdu. İndiki situasiyada isə onun dublikatına və yaxud da hər hansı bir itməyə görə narahatlığa əsas olmayacaq. Çünki həmin şəxs istənilən an bu portaldan istifadə edə biləcək və öz təhsili haqqında məlumatlarını əldə edə biləcək. Hər kəs rahatlıqla, istənilən yerdə bu sənəddən istifadə edə biləcək, bu da mobillik və əlçatanlıq baxımından çox müsbət haldır”.(pressklub)

Ülviyyə Şahin


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam