Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

Azərbaycanda “kağız-kuğuz dövrü” bitmir

 

Elektron məlumat bazası bərbad vəziyyətdədir, universitetlər abituriyentlərdən sənədlər tələb edir

Yenixeber.org: 2020-2021-ci tədris ili üçün ali məktəblərə qəbul olan abituriyentlərin daxil olduqları təhsil müəssisəsinə qeydiyyatı davam edir. Tələbə adı qazananlar sentyabrın 25-dən oktyabrın 7-dək sənədlərini ali məktəblərə təqdim etməlidirlər.

Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, qeydiyyat onlayn qaydada həyata keçirilir. Abituriyentlər ali təhsil müəssisələrinin internet saytlarının müvafiq bölmələrinə daxil olmaqla, qeydiyyat üçün tələb olunan sənədlər və onlayn qeydiyyat forması ilə tanış ola bilərlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Qeyd edək ki, ali məktəblərə qəbul olunmuş abituriyentlərdən aşağıdakı sənədlər tələb olunur:

  1. Şəxsiyyət vəsiqəsinin, bəzi hallarda isə doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti;
  2. Müvafiq ixtisasa qəbul olunmaqla bağlı DİM-dən sənəd;
  3. Hərbi biletin, çağırışçı vəsiqəsinin “skan” edilmiş surəti;
  4. Attestatın əslinin “skan” edilmiş surəti;
  5. Abituriyentin məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
  6. Valideynlərin məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;

7.Abituriyentin əlilliyini təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti və s.

Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz prosesi tənqid edərək kağız sənədlərin tələb olunmasını yolverilməz sayır. Onun sözlərinə görə, bu sənədlərin əksəriyyəti müvafiq dövlət qurumlarının məlumat bazalarında, elektron formada var:

“Lakin qurumlar arasında koordinasiya və inteqrasiya olmadığından, mövcud hüquqi bazada e-gov quruculuğu baxımından sadələşmə və optimallaşma aparılmadığından, sənədlər yenidən kağız fotmada tələb olunur. Reallıq ondan ibarətdir ki, vətəndaşlar hələlik e-gov -un üstünlüklərindən yetərincə bəhrələnə bilmirlər”.

Osman Gündüz deyir ki, bu məlumatların hər biri elektron formada müvafiq dövlət qurumların bazalarında var:

E-gov-un əsas mahiyyəti isə ondan ibarətdir ki, əgər vətəndaş haqqında hər hansı bir məlumat bir dövlət qurumunda varsa, digər dövlət qurumları həmin məlumatı vətəndaşdan yenidən tələb etməməlidir. Göründüyü kimi, hələlik buna əməl olunmur”.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam